970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirildi
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) Azərbaycan-Fransız Universitetində (UFAZ) “Rəqəmsal transformasiyalarda süni intellektin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Ölkəmizdə biznes-universitet tərəfdaşlığının inkişafına dəstək verən ABB də elmi konfransın təşkilinə tərəfdaşlıq köməyi göstərib. Elmi tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Neft və Sənaye Universiteti (ADNSU), Strasburq Universiteti (UNISTRA) və onun iCube Laboratoriyası, eləcə də Fransanın INSA Rouen Normandie Universiteti və onun LITIS Laboratoriyası ilə əməkdaşlıq çərçivəsində keçirilib.

Reklam_3_11

Konfrans rəqəmsal dövrdə süni intellektin real tətbiqləri, yeni elmi nailiyyətlər və innovativ yanaşmalar üzrə fikir mübadiləsi aparmaq məqsədilə aparıcı tədqiqatçıları, mütəxəssisləri, strateji qərarvericiləri və sənaye nümayəndələrini bir araya gətirib. Tədbirdə ABB-nin süni intellekt sahəsində qazandığı nümunəvi təcrübə də təqdim olunub.

Qeyd edək ki, ABB süni intellekt texnologiyalarını erkən mərhələdə təkcə ölkəmizdə və regionda deyil, qlobal miqyasda tətbiq edən ilk banklardandır. Hazırda ABB-nin müxtəlif istiqamətlər üzrə faydalandığı süni intellekt modellərinin sayı 180-ə çatıb. Süni intellekt texnologiyalarının Bank üçün yaratdığı müsbət maliyyə təsiri 35 milyon manatı ötüb. ABB bu sahəyə davamlı investisiyalar edərək özünün dayanıqlı və miqyaslana bilən süni intellekt infrastrukturunu da qurur.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

 

30.06.2026 14:56
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19