970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) 27 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Rəqsləri Federasiyası və Sea Breeze idarə heyətinin dəstəyi ilə The Grand Hall hotelində ilk dəfə olaraq “Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” adlı idman rəqsləri üzrə müsabiqə keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd ölkədə rəqs idmanının inkişafına töhfə vermək, gənc idmançıların bacarıqlarını nümayiş etdirmək və sağlam rəqabət mühitinin formalaşmasına dəstək olmaq olub. Yarışda müxtəlif klubları təmsil edən ümumilikdə 5 klubdan 40 idmançı-rəqqas iştirak edib.

Müsabiqədə aşağıdakı klubların idmançıları mübarizə aparıblar:

* Azəri İnciləri

* Osmanov Studiyası

* Olimp

* Şane

* Aypara

Yarış iki nominasiya üzrə təşkil olunub.

Böyüklər – Latın proqramı üzrə nəticələr:

1-ci yer – Şeşukop Ostap və Məmmədova Mədinə (Aypara klubu)

2-ci yer – Tağırov Rüstəm və İsmayılova Stefaniya (Şane klubu)

3-cü yer – Sirbiladze Akaki və Çxenkeli Sofiya (Aypara klubu)

Uşaqlar qrupu üzrə nəticələr:

1-ci yer – Eldarsoy Xalid və Nəcəfli Şarliz (Olimp klubu)

2-ci yer – Səfərli Səid və Allahverdiyeva Leyli (Azəri İnciləri klubu)

3-cü yer – Həsənov Atilla və Əlizadə Cahan (Aypara klubu)

Tədbir Azərbaycanda rəqs idmanına marağın artdığını və bu sahədə gənc idmançıların inkişafı üçün yeni imkanların formalaşdığını bir daha nümayiş etdirib.

Federasiyanın Prezidenti Əli Həşimli qeyd edərək bildirdi ki, bu kimi yarışların keçirilməsi ölkədə idman rəqslərinin inkişafı, yeni istedadların üzə çıxarılması və beynəlxalq yarışlara hazırlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

VİDEO: https://www.youtube.com/watch?v=WSz_FvbbYaI

Sea Breeze Yay Rəqs Müsabiqəsi 2026 Sea Breeze rəqs müsabiqəsi idman rəqsləri Azərbaycanda idman rəqsləri rəqs idmanı rəqs yarışması Yay Rəqs Müsabiqəsi The Grand Hall hotel Sea Breeze Azərbaycan Gənclər və İdman Nazirliyi Azərbaycan İdman Rəqsləri Federasiyası Əli Həşimli idman rəqsləri üzrə müsabiqə gənc idmançılar rəqqaslar rəqs klubları sağlam rəqabət Latın proqramı böyüklər üzrə rəqs yarışı uşaqlar üzrə rəqs yarışı Azəri İnciləri klubu Osmanov Studiyası Olimp klubu Şane klubu Aypara klubu Şeşukop Ostap Məmmədova Mədinə Tağırov Rüstəm İsmayılova Stefaniya Sirbiladze Akaki Çxenkeli Sofiya Eldarsoy Xalid Nəcəfli Şarliz Səfərli Səid Allahverdiyeva Leyli Həsənov Atilla Əlizadə Cahan rəqs idmanının inkişafı Azərbaycanda rəqs yarışı idman tədbiri yay müsabiqəsi beynəlxalq yarışlara hazırlıq yeni istedadlar
30.06.2026 14:30
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19