Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
Azərbaycanla texnologiya və investisiya əməkdaşlığı müzakirə edilib. Nümayəndə heyəti AFAZ-ın baş sponsoru olan KARVAN L şirkətində olmuş və şirkətin yeni iri investisiya layihəsi ilə tanış olublar.Africa–Azerbaijan Cooperation (AFAZ) təşkilatının dəvəti ilə Nigeriyanın Milli Texnologiya İnkubasiyası Şurasının (NBTI) Baş Direktoru və Baş İcraçı Direktoru Dr. Kazeem Kolawole Raji Azərbaycana rəsmi səfər etmişdir.
Africa–Azerbaijan Cooperation (AFAZ) Azərbaycan ilə Afrika ölkələri arasında ticarət, investisiya, innovasiya, təhsil, turizm və biznes əməkdaşlığının inkişafını təşviq edən beynəlxalq platformadır. Təşkilatın əsas məqsədi dövlət qurumları, biznes dairələri və investorlar arasında etibarlı əməkdaşlıq körpüsü yaratmaq, qarşılıqlı investisiyaları və iqtisadi əlaqələri genişləndirməkdir.
Səfər çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA), ASAN Xidmət və Azərkosmos ilə görüşlər keçirilmiş, texnologiya, innovasiya, rəqəmsal transformasiya, startap ekosistemi və sahibkarlıq sahələrində əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Nümayəndə heyəti, həmçinin AFAZ-ın baş sponsoru olan KARVAN L şirkətində olmuş və şirkətin yeni iri investisiya layihəsi ilə tanış olmuşdur. Layihə Nigeriya nümayəndə heyəti tərəfindən böyük maraqla qarşılanmış, sənaye, texnologiya və investisiya istiqamətlərində gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı Azərbaycan və Nigeriya arasında iqtisadi, texnoloji və investisiya əməkdaşlığının inkişafı, eləcə də Nigeriya şirkətlərinin Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə, biznes forumlarında, investisiya tədbirlərində və innovasiya platformalarında fəal iştirakının təşviqi məsələləri müzakirə edilmişdir.
AFAZ bundan sonra da Azərbaycan ilə Afrika ölkələri arasında davamlı iqtisadi tərəfdaşlığın qurulması, birgə layihələrin həyata keçirilməsi, biznes missiyalarının təşkili və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
42 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























