Hacıqabul Sənaye Məhəlləsinin məhsul istehsalında sıçrayış olub
Hacıqabul Sənaye Məhəlləsində məhsul istehsalı 3 dəfədən çox artıb. Hacıqabul Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən bugünədək 45,6 milyon manat investisiya yatırılıb, mövcud layihələr üzrə əlavə olaraq 119 milyon manat investisiyanın da yatırılması nəzərdə tutulur.İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində indiyədək 162 milyon manatdan çox məhsul istehsal edilib.
Bu barədə Marja.az-a İZİA-dan bildirilib.
Qeyd edilib ki, Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2022-ci ildə Sənaye Məhəlləsində 38 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2023-cü ildə 3 dəfədən çox (118 milyon manatdan çox) məhsul istehsal olunub.
Sənaye Məhəlləsində ümumi investisiya həcmi 164,5 milyon manat olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 9-u fəaliyyətə başlayıb. Bugünədək Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 45,6 milyon manat investisiya yatırılıb, 220-dən çox daimi iş yeri yaradılıb.
Növbəti mərhələdə mövcud layihələr üzrə Sənaye Məhəlləsinə əlavə olaraq 119 milyon manat investisiyanın yatırılması, 1500-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır.
Sənaye Məhəlləsinin rezidentləri minik avtomobillərinin, nəqliyyat vasitələri üçün əyləc bəndlərinin, istilik izolyasiya məhsullarının, plastik qabların, tikinti materiallarının, plastik taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb.
Qeyd edək ki, sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə dövlət başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)


