Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Dubayın ən böyük liman operatorunun CEO-su, keçmiş cinsi cinayətkar Jeffrey Epstein ilə münasibətləri barədə məlumatlar açıqlanandan sonra şirkət tərəfindən vəzifəsindən azad edilib. Cümə günü DP World yaydığı açıqlamada Essa Kazimin idarə heyətinin sədri, Yuvraj Narayanın isə qrup Baş İcraçı Direktoru (CEO) vəzifəsinə təyin olunduğunu və Sultan Ahmed bin Sulayemin yerini tutduğunu bildirib.Dubayın ən böyük liman operatoru olan "DP World"ın rəhbərliyində dəyişiklik edilib.
Marja.az xəbər verir ki, Şirkət, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan Epştein sənədlərində İdarə Heyətinin sədri və İcraçı direktoru (CEO) Sultan Ahmed bin Sulayem-in adının çəkilməsindən sonra vəzifə dəyişikliyinə getdiyini açıqlayıb.
Essa Kazim-in Qrupun İdarə heyətinin sədri, Yuvraj Narayan-ın isə qrupun Baş icraçı direktoru (CEO) təyin edildiyi bildirilib.
ABŞ Ədliyyə Nazirliyinin Epştein işi ilə bağlı son yayımladığı sənədlərdə, Jeffrey Epstein-ın Sultan Ahmed bin Sulayem-i bir dəfə “yaxın şəxsi dost” kimi xarakterizə etdiyi ortaya çıxıb. Digər bəzi sənədlərdə isə Sulayem-in Epştein tərəfindən “ən güvəndiyi dostlardan biri” kimi təsvir edildiyi görülüb.
"DP World" qlobal liman və logistika əməliyyatlarını həyata keçirən ən böyük şirkətlər arasında yer alır.
Sulayem 2007-ci ildən Dubayın ən böyük liman operatorunun sədri, 2016-cı ildən isə CEO-su olub.
Şirkət açıqlamasında Sulayemdən söz açmasa da, yeni təyinatların davamlı böyümə strategiyasını dəstəklədiyini və qlobal təchizat zəncirlərini gücləndirməkdə, Dubayın ticarət və logistika mərkəzi kimi rolunu möhkəmləndirməkdə şirkətə yardım edəcəyini vurğulayıb.
Kazim son olaraq Dubayın maliyyə mərkəzi olan DIFC-də çalışıb. Narayan isə 2005-ci ildən DP World-də müavin və CFO vəzifələrində çalışıb.
Sulayem Dubayın ən tanınmış iş adamlarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)






