Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Reklam_3_11

Hazırda qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir. Dəyişikliyə əsasən raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:

- idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;

- idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.

Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

İş elanları AzVak.az-da

© APA

Milli Məclis raritet avtomobil idxalı qanunu raritet avtomobillər üçün vergi güzəşti nadir avtomobillərin idxalı ƏDV azadolması nadir avtomobillərin idxalı aksiz azadolması nadir avtomobillərin idxalı gömrük rüsumu güzəşti klassik avtomobil idxalı Azərbaycan raritet avtonəqliyyat vasitələri idxal qaydaları 40 ildən çox avtomobil idxalı güzəştləri antik avtomobillərin idxalı qanunvericiliyi klassik avtomobil kolleksiya idxalı retro avtomobil idxalı vergi güzəşti raritet avtomobil idxalı şərtləri klassik avtomobil bazarı Azərbaycan antik avtomobil kolleksiya bazarı retro avtomobil idxal prosedurları raritet avtomobil idxalı məhdudiyyətləri klassik avtomobil idxal xərclərinin azalması antik avtomobillərin ölkəyə gətirilməsi raritet avtomobil idxalı icazə sənədi klassik avtomobil idxalı kvotaları retro avtomobil
13.02.2026 16:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18