“Azerconnect Group” “mygov” platformasına qoşulub
“Azerconnect Group” vətəndaşlara göstərilən xidmətlərin daha rahat, çevik və əlçatan formada təşkili məqsədilə rəqəmsal həllər tətbiq etməyə davam edir.
Bu yanaşma çərçivəsində “Azerconnect Group” “mygov” rəqəmsal hökumət platformasına qoşulan ilk özəl telekommunikasiya şirkəti olub.
Yenilik sayəsində artıq vətəndaşlar “mygov” platforması üzərindən “Azerconnect Group”a rəqəmsal formada rəsmi müraciət göndərə, eləcə də şirkət tərəfindən ünvanlanan rəsmi məktubları elektron mühitdə qəbul edə bilərlər. Platforma yazışma proseslərinin operativliyini artırmaqla yanaşı, müraciətlərin icra statusunu real vaxt rejimində izləməyə imkan verir. Bu isə öz növbəsində kağız daşıyıcılardan istifadənin azalmasına, həmçinin vaxt və resurs itkilərinin minimuma endirilməsinə töhfə verəcək.
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunan “mygov” Azərbaycanın rəqəmsalhökumət platformasıdır. Qurumlarla vətəndaş arasında körpü rolunu oynayan platforma bütün vacib sənədlərə və dövlət xidmətlərinə rəqəmsal formada çıxış imkanı yaradır.
“Azerconnect Group” haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “AzerconnectGroup” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 47 d. əvvəl
-
49 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)






