Bank Respublika şəhid övladları üçün təşkil edilən "YAŞAT" düşərgəsinə dəstək oldu
(®) Ölkəmizdə bir çox korporativ sosial məsuliyyət yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika, “YAŞAT” Fondunun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şəhid övladları üçün birgə təşkil etdiyi "YAŞAT" düşərgəsinə dəstək oldu.
27-30 may tarixlərində Qəbələ Olimpiya və İdman Kompleksində həyata keçirilən yay düşərgəsində ölkəmizin müxtəlif regionlarından (Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişli) 8-13 yaş aralığındakı şəhid övladları iştirak edib.
Yay düşərgəsinə cəlb olunan qəhrəman övladları Qəbələ Olimpiya və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol, taekvondo, qaydasız döyüş, cüdo, boks, gimnastika və digər idman növlərinin məşqlərinə cəlb olunub.
Bundan başqa uşaqlar futbol üzrə Azərbaycan kubokunun final görüşündə futbolçularla birgə meydana çıxıblar. Uşaqlar üçün həmçinin Qəbələnin görməli yerlərinə ekskursiyalar da təşkil edilib.
Layihənin son günü, Bank Respublika əməkdaşları 1 iyun – Uşaqların müdafiəsi günü münasibətilə qəhrəman şəhidlərimizin övladlarına skuterlər və digər qiymətli hədiyyələr də təqdim edib.
Qeyd edək ki, müharibədən sonra şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsi “Bank Respublika”nın sosial layihələrinin əsas istiqamətlərindən biridir. Bank Respublika həm də, “YAŞAT” Fondu, “Silahlı Qüvvələrə Yardım Fond”u və “Qarabağ Dirçəliş Fondu”na vəsait ianə edən ilk banklardan biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















