Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
Depozitlər və kreditlər ABB-yə ötürüləcək"Azərbaycan Beynəlxalq Bankı" ASC, ABB tərəfindən Bank “BTB” ASC-nin aktivlərinin alınmasına dair məlumat yayıb.
Marja xəbər verir ki, məlumatda bildirilir:
Bank “BTB” ASC tərəfindən aktivlərinin satılması və öhdəliklərinin də ABB-yə ötürülməsi təşəbbüsü çərçivəsində 02.03.2026-cı il tarixində Bank “BTB” ASC ilə ABB arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanmışdır. Qeyd olunan bankın aktivlərinin alınması ABB-nin strateji inkişaf hədəflərinə, böyümə niyyətlərinə, o cümlədən müştəri bazasını və portfelini genişləndirmək məqsədlərinə uyğundur.
Proses çərçivəsində Bank “BTB” ASC-nin aktivləri ABB-nin balansına keçəcək, eyni zamanda öhdəlikləri də ABB tərəfindən qarşılanacaq.
Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslər öz istəklərinə əsasən, 10 mart 2026-cı il tarixindən etibarən müvafiq razılıq əsasında depozitlərini mövcud müqavilə şərtləri ilə ABB-yə keçirə, yaxud depozit müqavilələrinə xitam verərək həmin tarixə hesablanmış faizlərlə birlikdə öz vəsaitlərini ABB-nin istənilən filial və ya şöbəsindən geri götürə bilərlər.
Bank “BTB” ASC-yə kredit borcu olan müştərilərin kreditləri də mövcud müqavilə şərtləri ilə ABB-yə ötürüləcək və ödənişlərin ABB tərəfindən qəbulu həmin şərtlərlə davam etdiriləcək. Müştərilər kredit ödənişlərinin edilməsi və müvafiq sənədləşmə işləri üçün ABB-nin istənilən filial və ya şöbəsinə yaxınlaşa bilərlər.
Qeyd olunan məsələlərlə bağlı ABB-nin Məlumat Mərkəzinə (937) müraciət etməklə əlavə məlumat əldə oluna bilər.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Həmçinin oxu
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























