Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə (Women’s Empowerment Principles – WEPs) rəsmi olaraq qoşulduğunu elan edir. Bu addım Bankın iş mühitində, biznes fəaliyyətində və cəmiyyətdə gender bərabərliyinin təşviqinə, eləcə də qadınların səlahiyyətləndirilməsinə töhfə vermək niyyətini əks etdirir.
Elan qlobal səviyyədə hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü ərəfəsində edilir və Bankın daha inklüziv və bərabər imkanlara malik maliyyə sektorunun inkişafına dəstəyini nümayiş etdirir.
Qadınların Səlahiyyətləndirilməsi Prinsipləri BMT-nin Qadınlar Agentliyi (UN Women) və BMT-nin Qlobal Sazişi (UN Global Compact) tərəfindən hazırlanmış beynəlxalq çərçivədir. Bu prinsiplər biznes qurumları üçün gender bərabərliyinin təşviqi, qadınların iqtisadi fəaliyyətə daha geniş cəlb olunması və inklüziv iş mühitinin formalaşdırılması istiqamətində praktiki yanaşmalar təqdim edir.
Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşulmaq “Unibank”ın Dayanıqlılıq Strategiyası çərçivəsində həyata keçirilən təşəbbüslərdən biridir. Strategiya Bankın fəaliyyətində ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin sistemli şəkildə inteqrasiyasını nəzərdə tutur.
Bu öhdəlik çərçivəsində Unibank təşkilat daxilində müxtəliflik və inklüzivliyi daha da gücləndirməyi, qadın liderliyini təşviq etməyi və həm Bank daxilində, həm də biznes ekosistemində qadınlar üçün daha geniş imkanların yaradılmasına töhfə verməyi hədəfləyir.
Bu addım “Unibank”ın beynəlxalq qabaqcıl təcrübələrə uyğun fəaliyyətini bir daha təsdiqləyir və Bankın məsuliyyətli maliyyə institutu kimi cəmiyyətə müsbət və uzunmüddətli təsir yaratmaq istiqamətində səylərini gücləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 7 d. əvvəl
-
18 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
35 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib































