“Yüksəliş” müsabiqəsinin qalibi Kapital Bank-ın əməkdaşları ilə görüşüb
(®) Bildiyiniz kimi, artıq iki ildir ki, Azərbaycanda idarəetmə bacarıqları və yüksək sosial intellekti ilə fərqlənməyi bacaran perspektivli liderlərin müəyyən edilməsi məqsədilə “Yüksəliş” müsabiqəsi keçirilir. Layihənin bir hissəsi olaraq müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən mentorluq sessiyaları alırlar. Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev müsabiqənin ötən ilki qaliblərindən olan Fəxri Hüseynova mentorluq edir.
Bu təşəbbüs çərçivəsində, Fəxri Hüseynov 24 may 2022-ci il tarixində “Yüksəliş”dəki uğur hekayəsini danışmaq və tövsiyələrini paylaşmaq məqsədilə Kapital Bank-da işləyən və müsabiqənin seçim mərhələlərində iştirak edən əməkdaşları ilə görüşüb. Görüş zamanı Rövşən müəllim və Fəxri müəllim bu müsabiqənin əhəmiyyəti, iştirakçıların liderlik təcrübələrinə qatacağı dəyər barədə danışıb və ünvanlanan sualları cavablandırıblar.
Qeyd edək ki, “Yüksəliş” – istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə olan bir müsabiqədir. Qaliblər ölkədə kadr ehtiyatının inkişafı proqramında iştirak etmək, rəqiblərə öz bacarıq və intellekti ilə üstün gəlmək, həmçinin ölkənin gələcəyini quracaq şəxslərdən biri olmaq imkanı qazandırır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















