Skoda-nın Çexiyada və xarici bazarlarda satışları azalıb
2022-ci ildə Skoda-nın xarici bazarlarda satışları 16,7 faiz, Çexiyada 11 faiz azalıb.Çexiya konserni "Skoda Auto"nun (Volkswagen Qrupuna daxil olan) avtomobillərinin xarici bazarlarda satışı 2021-ci illə müqayisədə ötən il 16,7%, Çexiyada isə 11% azalıb.
Marja xəbər verir ki, 2022-ci ildə "Skoda Auto" xarici bazarlarda 731,3 min ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki ildə16,7% azdır. Çexiyada 71,2 min avtomobil satılıb ki, bu da 2021-ci illə müqayisədə 11% azdır.
Satışın azalmasının əsas səbəbləri bəzi komponentlərin, ilk növbədə, çiplərin davamlı çatışmazlığı, Ukraynadakı münaqişə səbəbindən logistika əlaqələrinin pozulması və elektrik enerjisinin qiymətlərinin artmasıdır.
Almaniya 2022-ci ildə 134,3 min avtomobil satılan "Skoda Auto" avtomobilləri üçün əsas bazar olaraq qalır ki, bu da əvvəlki illə müqayisədə cəmi 1,8% azdır. Ən çox böyüyən bazar Hindistandır, burada 51,9 min avtomobil satılıb ki, bu da 2021-ci illə müqayisədə 128% çoxdur.
Rusiyada 2022-ci ildə Çexiya şirkəti 18,3 min avtomobil satıb ki, bu da bir il əvvəlkindən 80% azdır. Çində satışlar 37% azalaraq 44,6 min avtomobil təşkil edib.
Qrupun modellərindən ən çox satış Skoda Octavia-nın payına düşüb - 141,1 min avtomobil, bu, əvvəlki illə müqayisədə 29,7% azdır. Ondan sonra Kamiq (96,3 min, mənfi 20,3%) və Kodiaq (94,5 min avtomobil, mənfi 4,2%) modelləri gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)







