Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

AzVak-mobil_resmin_ustu_31
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®)  İnformatika sahəsində istedadlı məktəblilərin aşkar olunmasına yönəlmiş layihənin ilk turu 28 may tarixində keçiriləcək

Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Azercell CUP 2026” proqramlaşdırma müsabiqəsinə qeydiyyat başlayıb. Layihənin əsas məqsədi informatika və alqoritmik proqramlaşdırma sahəsində istedadlı şagirdləri müəyyənləşdirməklə onların bilik və bacarıqlarının inkişafını dəstəkləməkdir. Təşəbbüs həmçinin ölkədə yeni nəsil İT və İKT mütəxəssislərinin formalaşmasını təşviq edir.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər 20-27 May 2026-cı il tarixləri arasında Azercell CUP 2026 platforması üzərindən qeydiyyatdan keçə və layihə barədə ətraflı məlumat əldə edə bilərlər. “Azercell CUP” müsabiqəsində ümumitəhsil müəssisələrinin, eləcə də xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşı olan 6-cı və 7-ci sinif şagirdləri iştirak edə bilərlər.

Üç mərhələdən ibarət olan müsabiqənin birinci turu 28 may tarixində onlayn formatda keçiriləcək. Növbəti mərhələlərdə yüksək nəticə göstərən iştirakçılar beynəlxalq informatika olimpiadalarına hazırlıq proqramlarına dəvət olunacaqlar.

“Azercell CUP” layihəsi ölkədə rəqəmsal bacarıqların inkişafına, gənclərin İT və innovasiya sahəsinə marağının artırılmasına, eləcə də gələcək texnologiya mütəxəssislərinin yetişdirilməsinə töhfə verməyi hədəfləyir.

azercell cup 2026 azercell proqramlaşdırma müsabiqəsi azercell cup qeydiyyat 2026 azercell informatika müsabiqəsi azərbaycanda proqramlaşdırma müsabiqəsi şagirdlər üçün proqramlaşdırma yarışması azercell elm və təhsil nazirliyi layihəsi təhsil institutu azercell cup 6-cı və 7-ci sinif şagirdləri üçün müsabiqə azərbaycanda informatika olimpiadası hazırlığı alqoritmik proqramlaşdırma müsabiqəsi azərbaycan azercell it layihələri gənclər üçün it müsabiqələri azərbaycan azercell cup platforması qeydiyyat azərbaycanda rəqəmsal bacarıqların inkişafı it və ikt sahəsində müsabiqə azercell təhsil layihələri azercell cup onlayn tur 28 may azercell cup şagird müsabiqəsi marja.az təhsil və texnologiya xəbərləri marja.az azercell xəbərləri
20.05.2026 17:42
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19