AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
(®) AccessBank qadınların biznes mühitində daha fəal iştirakını təşviq etmək və sahibkarlıq bacarıqlarının inkişafına dəstək vermək məqsədilə həyata keçirdiyi “Access2Success” layihəsinin 2026-cı il üzrə ilk regional tədbirini Quba şəhərində təşkil edib.
Tədbir müxtəlif fəaliyyət sahələrini təmsil edən qadın sahibkarları bir araya gətirərək təcrübə və bilik mübadiləsi üçün səmərəli platforma rolunu oynayıb. Proqram çərçivəsində iştirakçılar biznesin idarə olunması, mövcud bazar tendensiyaları və inkişaf perspektivləri ilə bağlı aktual mövzular ətrafında müzakirələr aparıblar. İnteraktiv formatda keçirilən görüş zamanı sahibkarlar yeni işgüzar əlaqələr qurub, potensial əməkdaşlıq imkanlarını dəyərləndirib və biznes şəbəkələrini genişləndirmək imkanı əldə ediblər.
Layihə çərçivəsində AccessBank-ın mütəxəssisləri tərəfindən biznes idarəçiliyinin əsas istiqamətlərini əhatə edən təlim sessiyaları keçirilib. Sessiyalarda maliyyə savadlılığı, sahibkarlıq fəaliyyətinin hüquqi əsasları, marketinq alətləri və şəxsi brendin formalaşdırılması kimi mövzulara xüsusi diqqət ayrılıb. Görüş zamanı iştirakçılar bizneslərinin inkişafı, satış imkanlarının genişləndirilməsi və bazarda daha dayanıqlı mövqenin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Təlim proqramının sonunda iştirakçılara AccessBank tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, AccessBank “Access2Success” layihəsinə 2022-ci ildə start verib. Layihə indiyədək Bakı şəhəri və regionlarda yüzlərlə qadın sahibkarın biznes biliklərinin və liderlik bacarıqlarının artırılmasına dəstək göstərib. Proqram çərçivəsində iştirakçılar strateji planlaşdırma, satış və marketinq, elektron ticarət, insan resurslarının idarə olunması, hesabatlılıq və digər biznes yönümlü sahələr üzrə praktiki biliklər əldə ediblər.
AccessBank qadın sahibkarlığının inkişafına dəstəyini davam etdirərək regionlarda biznes mühitinin gücləndirilməsinə və sahibkarların dayanıqlı inkişafına töhfə verməyə davam edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
32 d. əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
-
3 saat əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
- 3 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!






.jpg)







.jpg)








