Rusiya neftinin qiymət limiti gündəmdədir
ABŞ-ın maliyyə naziri Janet Yellen Rusiya neftinə qiymət limitinin tətbiq edilməsi üçün müttəfiqlərlə danışıqlar aparıldığını açıqlayıb.ABŞ-ın maliyyə naziri Janet Yellen Kanada və digər müttəfiqlər ilə Rusiyanın enerji gəlirlərini məhdudlaşdırmaq üçün Rusiyanın neft qiymətlərinə məhdudiyyət tətbiq etmək barədə danışıqlar apardıqlarını bildirib.
Marja xəbər verir ki, Kanadanın Toronto şəhərində jurnalistlərə açıqlama verən Yellen, Putinin gəlirlərini sıxışdırmaq və Rusiya neftinin qiymətini aşağı salmaq üçün Avropa, ABŞ, Böyük Britaniya və digər ölkələrin enerji sanksiyalarını gücləndirəcək qiymət limitləri və ya istisnalarla bağlı danışıqlar apardıqlarını bildirib. Yellen vurğulayıb ki, bunu etməklə yanaşı, qlobal bazarlara daha çox neft tədarükünə də imkan yaradılacaq.
İlin ilk 4 ayında Rusiyanın neft gəlirləri artıb
Beynəlxalq Enerji Agentliyi (İEA) Ukraynanın işğalından sonra sanksiyalar və məhdudiyyətlərə baxmayaraq, Rusiyanın neft gəlirlərinin 50 faiz artdığını bəyan edib.
Agentlik aylıq hesabatında Rusiyanın 2022-ci ildə neft və derivativlərdən hər ay 20 milyard dollar qazandığını qeyd edib.
Sanksiyalara baxmayaraq, Rusiyanın ixracı davam edib. Hindistan və Çinin Avropada arzuolunmaz yüklərə can atması ilə Asiyanın alıcı mövqeyini gücləndirdiyi bildirilir.
İEA Rusiyadan xeyli miqdarda alınan dizel, mazut və naftazin kimi emal olunmuş məhsulların tədarükünün azalmasının qlobal bazarlarda qıtlığı artırdığına diqqət çəkib.
Hesabatda ehtiyatların yeddi həftə ardıcıl olaraq azaldığı və 2008-ci ildən bəri ən aşağı səviyyəyə düşdüyü vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)









