Məhkəmə: Vilyam Hacıyevin işi üzrə dəymiş ziyan 8 milyon manatdır
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda iş üzrə sənədlərin tədqiqi aparılıb.
Qeyd olunub ki, ekspertlərin verdiyi rəylərdə Vilyam Hacıyevin icra başçısı olduğu müddətdə qurumlara ayrılan vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənməməsi açıqlanıb.
Sabiq icra başçısının vəkili Elmar Kərimov yoxlama aktlarına etiraz edib. Vəkil aktda göstərilən rəqəmlərin təxmini yazıldığını deyib: "Təmir-tikinti materialları ilə bağlı məsələdə seçmə üsulundan istifadə olunub. İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev və digərləri seçmə üsulu ilə təxmini bir rəqəm çıxarıblar. Sürücünün izahatı ilə iki dənə maşın farasının dəyişməsinə görə rəqəm çıxarılıb".
Müdafiəçi elan olunmuş aktlarla bağlı vəsatət hazırlamaq üçün məhkəmədən vaxt istəyib.
Prosesdə bildirilib ki, ümumilikdə Vilyam Hacıyevin işi üzrə dəymiş ziyan 8 milyon manatdır.
İclas iyunun 17-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)







