Şahin Mustafayev İran yol və şəhərsalma naziri ilə videoformatda görüşüb
Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev fevralın 12-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfdən həmsədri Rüstəm Qasimi ilə videoformatda görüşüb.
Görüşdə, həmçinin hər iki ölkənin müvafiq dövlət strukturlarının nümayəndələri iştirak ediblər. Görüş zamanı Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, nəqliyyat-tranzit, energetika, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Ötən ilin noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında keçirilmiş görüşün tarixi əhəmiyyəti vurğulanaraq, dövlət başçılarının bu görüşü ilə Azərbaycan-İran münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.
2022-ci ilin Azərbaycanla İran arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olması ilə əlamətdar olduğu məmnunluqla qeyd edilib.
Koronavirus pandemiyasının neqativ təsirlərinə baxmayaraq Azərbaycan-İran ticarət dövriyyəsinin 30% artdığı vurğulanıb. Nəqliyyat-tranzit sahəsində uğurlu əməkdaşlıq xüsusi vurğulanaraq iki ölkə arasında avtomobil daşımalarının həcminin 2021-ci ildə əhəmiyyətli dərəcədə - 70% artması məmnunluqla qeyd olunub.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iki ölkə arasında ticarət və nəqliyyat-tranzit sahələrində əlaqələrin inkişafı baxımından prioritet olaraq dəyərləndirilib.
Görüşdə Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi məsələsi, həmçinin Azərbaycanla İran arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi yolları müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







