İnkişaf etməkdə olan ölkələrə FED xəbərdarlığı - VALYUTALAR DƏYƏR İTİRƏ BİLƏR
BVF inkişaf etməkdə olan ölkələri FED-in sürətli sərtləşdirməsinə hazır olmağa çağırırBeynəlxalq Valyuta Fondu (BVF) inkişaf etməkdə olan bazarlara FED xəbərdarlığı edib.
Marja xəbər verir ki, qurum, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının ABŞ Mərkəzi Bankının (FED-in) faiz artırmasına hazır olmaları lazım olduğunu, gözləniləndən daha sürətli faiz artırılmasının maliyyə bazarlarında volatillik yarada, kapital axınına və valyutaların dəyər itirməsinə səbəb ola biləcəyini nəzərdə tutub.
Qurumun bu gün verdiyi açıqlamada ABŞ iqtisadiyyatında güclü artımın davam edəcəyi və ilin sonuna doğru inflyasiyanın yavaşlayacağı proqnozlaşdırılıb.
Açıqlamada ABŞ-ın siyasətində tədricən sərtləşmənin (faizin artırılmasının) inkişaf etməkdə olan ölkələrə təsir edəcəyi bildirilib. Bununla belə, geniş miqyaslı əmək haqqı inflyasiyasının və ya tədarük zəncirində davam edən problemlərin qiymətləri proqnozlardan daha çox qaldıra biləcəyi, inflyasiya proqnozlarının yüksələ və FED-in daha sürətlə pul siyasətini sərtləşdirməsinə səbəb ola biləcəyi qeyd edilib.
Qurum, FED-in faizini ürətli artırmasına və pandemiyanın davam etməsinə toxunaraq, “İnkişaf etməkdə olan iqtisadiyyatlar iqtisadi turbulentliyə hazır olmalıdır. Sürətli faiz artırımları bazarları sarsıda və qlobal maliyyə şərtləri sərtləşə bilər. ABŞ-ın tələbi yavaşlaya bilər ki, bu da inkişaf etməkdə olan ölkələrdə kapital axını və valyutaların ucuzlaşmasına səbəb ola bilər".
Həmçinin BVF, güclü inflyasiya təzyiqləri olan ölkələrin faiz dərəcələrini artırmaları və mərkəzi bankların sərtləşdirmə siyasət planları ilə bağlı açıq və davamlı ünsiyyətdə olmaları lazım olduğunu bildirib.
St. Louis FED sədri Ceyms Bullard çıxışında inflyasiya ilə mübarizə aparmaq üçün FED-in mart ayından etibarən faiz dərəcələrini artırmağa başlaması lazım olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
4 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 32 d. əvvəl
- 36 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib




























