Honq-Konq Birjası 2021-ci ildə İPO həcminə görə dünyada 4-cü yerdədir
Keçən il Honq Konq Birjasında ilkin kütləvi təkliflər (IPO) vasitəsilə 42 milyard dollar cəlb edilib.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Honq-Konq administrasiyasının rəhbəri Kerri Lam onlayn rejimdə keçirilən 15-ci Asiya Maliyyə Forumunun açılışında çıxış edərkən bildirib.
“Biz qlobal maliyyə toplama mərkəzi olmağa davam edirik. Keçən il Honq Konq Birjasında IPO vasitəsilə 42 milyard dollar toplanıb və dünyada dördüncü yeri tutduq”, - o, videomüraciətində bildirib.
"Keçən il birjamızda orta gündəlik dövriyyə 28,8% artaraq 21 milyard dollara çatıb" - Lam deyib.
İcra başçısı vurğulayıb ki, Çinin mərkəzi hökuməti "xüsusilə aktivlərin idarə edilməsi, risklərin idarə edilməsi və ofşor yuan əməliyyatlarının inkişafı sahələrində" beynəlxalq maliyyə mərkəzi kimi Honq-Konqun rolunu daha da gücləndirmək üçün güclü dəstək verməyə sadiqdir.
Asiya Maliyyə Forumu hər il ÇXR-in bu xüsusi inzibati regionunun hökumətinin təşəbbüsü və Honq Konq Ticarətin İnkişafı Şurasının yardımı ilə keçirilir. Burada regionun biznes ictimaiyyətinin nümayəndələri: bankirlər, top-menecerlər, qiymətli kağızlar bazarının tənzimləyiciləri, investisiya fondlarının və korporasiyaların rəhbərləri iştirak edirlər.Hazırkı forum pandemiya səbəbindən ardıcıl ikinci ildir ki, onlayn keçirilir. İştirakçılar dünya iqtisadiyyatının vəziyyətini, Asiyada inteqrasiya və innovasiya proseslərini, bazar tendensiyalarını və yeni texnologiyaları müzakirə edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
3 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 32 d. əvvəl
- 35 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib




























