AniPay-in qalib istifadəçilərinin 27%-i ABB-nin müştəriləridir
(®) Ani Ödəniş Sisteminə marağın artırılması məqsədilə Mərkəzi Bankın noyabrda keçirdiyi lotereyanın qalibləri müəyyənləşib.
“AniPay ilə ödə və qazan” lotereyasında ən çox ABB-nin müştəriləri qalib olub. Belə ki, ölkə üzrə 400 qalib müştərinin 108-i məhz ABB-nin müştərisidir. Onların hər birinin bank hesabına 100 manat məbləğində vəsait köçürülüb.
Xatırladaq ki, şərtlərə görə, noyabr ayı ərzində Ani Ödəniş Sistemi vasitəsilə minimum 5 manat məbləğində köçürmə əməliyyatı aparmış hər bir şəxs avtomatik şəkildə lotereyada iştirak hüququ əldə edirdi. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatlara aid idi.
Lotereya Ani Ödəniş Sisteminin "AniPay" tətbiqində, bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” bölməsində, eyni zamanda filiallarda Ani Ödəniş Sistemi vasitəsilə həyata keçirilən bütün əməliyyatlara şamil olunurdu.
“Ani Pay” sistemi müştərilərin bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını genişləndirir. Belə ki, Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslərə ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-mail) aparılmasına və pulun dərhal vəsait alanın bank hesabına daxil olmasına imkan yaradır. ABB bu sistemə qoşulan ilk banklardan olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







