“Gazprom” qaz hasilatını 15,8%, ixracını isə 10,4% artırıb
İlkin məlumatlara görə, 2021-ci ilin əvvəlindən,“Gazprom” ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatını 15,8% (57,7 milyard kubmetr) artıraraq 422,6 milyard kubmetrə çatdırıb.
Marja xəbər verir ki, Şirkətin qeyri-MDB ölkələrinə qaz ixracı 10 ayda 10,4% (14,9 milyard kubmetr) artaraq 158,8 milyard kubmetrə yüksəlib.
“Gazprom” tarixi rekord həddə yaxın qaz tədarükünü davam etdirir”, - deyə qaz holdinqindən bildirilib.
Eyni zamanda, bu günə qədər “Gazprom”un bir sıra ölkələrə, xüsusən də Türkiyə, Bolqarıstan, Rumıniya və Serbiyaya ixracı 2020-ci ildəki bütün ixracın həcmini ötüb.
Xüsusilə, ilin əvvəlindən “Qazprom” Türkiyəyə (110,4%), Almaniyaya (23,4%), İtaliyaya (15,4%), Rumıniyaya (272,2%), Polşaya (9,5%) Serbiyaya (101,7%), Finlandiyaya (13,6%), Bolqarıstana (51,9%) və Yunanıstana (16,3%)qaz tədarükünü artırıb.
Çinə də tədarük artmaqda davam edir. Oktyabrın 31-də “Gazprom” “Sibirin gücü” boru kəməri ilə Çinə qaz nəqlinin həcminə görə yeni rekorda imza atıb.
"Gazprom" daxili bazara qaz nəqli sistemindən tədarükünü 17,2% (28,8 milyard kubmetr) artırıb.
Bundan əvvəl bildirilmişdi ki, 2021-ci ildə “Gazprom” qrupu tərəfindən qaz hasilatının həcmi 55 milyard kubmetr artacaq və cəmi 510 milyard kubmetrdən çox olacaq. Bu, son 10 ilin rekord göstəricisidir. Bu il Avropaya 183 milyard kubmetr ixrac planlaşdırılır.
Həmçinin “Gazprom” 2021-ci ildə Avropada qazın orta ixrac qiyməti ilə bağlı proqnozunu 1000 kubmetr üçün 295-330 dollara qaldırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
42 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)









