"BakıKart"ın balansını onlayn artırmaq mümkün oldu - VİDEO
Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi tədbirlər nəticəsində mövcud avtobus parkının 70%-dən çoxu “Bakı Kart” sisteminə inteqrasiya edilib.
Marja xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Bakı Kart”a inteqrasiya əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəffaflığın artırılması baxımından vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin nəqliyyat axının intellektual idarə olunması və sərnişin axının öyərnilməsi üçün də önəmlidir.
İş prosesinə uyğun olaraq digər marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası nəzərdə tutulub.
Bununla yanaşı vətəndaşların daha rahat və müasir İKT imkanlarından istifadə etməklə ödəmə üsullarından istifadə edə bilməsi üçün də işlər davam etdirilir. Bununla bağlı fəaliyyət planına əsasən mərhələli qaydada internet portalı üzərindən ödəmənin tətbiqi, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub.
"İlkin mərhələdə internet portalı üzrəindən ödəmə sistemini sərnişinlərimizin istifadəsinə təqdim edirik. Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və yaxud telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Kartın balansını 2 üsulla artırmaq mümkündür: birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Ödənilən məbləğ kartın balansına ən geci bir saat ərzində oturacaq.
Həmçinin, “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı artırılaraq 1 000-ə çatdırılıb. Vətəndaşlar artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil, paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində, marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKartın” balansını artıra biləcək. Yaxın bir həftə ərzində isə Bakıdakı "MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq. Məlumat üçün bildiririk ki, sərnişin ödəmə terminalının əsas ekranında nəqliyyat xidmətləri bölümünə daxil olaraq “BakıKart” işarəsini seçib kartı kart oxuyucuya yerləşdirərək ödəniş edə bilər",- məlumatda deyilir.
Növbəti mərhələdə digər ödəmə və balans artırma üsullarının da tətbiqi istiqamətin işlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












.jpg)

