Bitcoinin ən yaxın izləyicisindən yeni rekord
Kriptovalyuta Ether dəyərini bir az da artıraraq 2800 dollara çatıb.Qlobal kriptovalyuta bazarında Bitcoindən sonra dəyərinə görə ikinci yerdə qərarlaşan Ether ötən gün tarixi rekorda - 2800 dollara çatıb.
Marja CoinMetricsə istinadən xəbər verir ki, Bitcoin 54 min 471 dollar nəticə göstərib.
Avropa İnvestisiya Bankının çərşənbə günü ilk dəfə olaraq Ether blokçeyn platformasında 100 milyon avroluq rəqəmsal istiqraz buraxması barədə rəsmi açıqlaması da qiymətə xüsusi təkan verib.
CoinMarketCap-ın məlumatına görə, Bitcoin aprelin əvvəlində əldə etdiyi tarixi 65 min dollarlıq rekordla müqayisədə 16% ucuzlaşıb. Etherin sürətlə dəyər qazanması 2018-ci ildən bəri ilk dəfə Bitcoinin onu bazarda liderə çevirən sürətlə bahalaşma tempini 50% aşağı salıb. Sonuncu belə kəskin azalma 2017-ci ildə baş vermişdi.
Ether Bitcoindən sonra gəlsə də, bu iki kriptovalyuta arasında bir sıra əsas fərqlər var. Bitcoin milli valyutalara alternativ olaraq yaradıldığından, bu mübadilə vasitəsi və qızıl kimi uzun müddət saxlanıla bilən və dəyərini itirməyən aktiv qismində ona marağı artırır. Ether isə Ethereum blokçeyn platformasının öz məhsuludur və məqsəd öz rəqəmsal valyutası vasitəsilə dəyişməz proqram razılaşmalarını və tətbiqetmələri asanlaşdırmaqdır. Başqa sözlə desək, Bitcoin sadəcə “rəqəmsal dollar”dırsa, Ether şirkətlərin yeni proqramlar qurmaq üçün istifadə etdiyi mühasibatlıq platformasıdır. Həmçinin, əməliyyatların icra sürətində fərqlər var. Bitcoin normal halda 1 saniyəyə 3-5 tranzaksiya emal edirsə, Etherdə bu rəqəm 10-15 arasında dəyişir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)




