Gecə və gündüz gediş haqqı fərqli olacaq
Bir çoxları taksilərdə vahid tarifin tətbiqinin inhisarçılığa və rəqabət mühitinin aradan qalxmasına gətirib çıxaracağı qənaətindədir. Lakin vahid tarifin tətbiqində məqsəd bu sahədə sağlam rəqabət mühitini formalaşdırmaqdır.
Bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O qeyd edib ki, son vaxtlar taksi xidmətinin inkişaf etdirilməsi, onun şəhərin inkişaf tempinə uyğunlaşdırılması ilə bağlı bir sıra istiqamətlər üzrə addımlar atılır:
“Bizim əsas məqsədlərimizdən biri odur ki, vahid taksi sistemi yaradılsın. Bunlardan biri də taksilərdə vahid qiymətin təmin edilməsi ilə bağlıdır. Məqsədimiz odur ki, bu məbləğ həm sərnişinlər, həm də sürücülər üçün sərfəli olsun. Vahid tarif təyin olunarkən bir sıra nüanslar vardır ki, onları nəzərə alacağıq. Yəni gecə tarifləri ayrı , gündüz tarifləri isə ayrı olacaq. Bundan əlavə şəhərdaxili və şəhərətrafı ərazilər üçün fərqli qiymətlər müəyyənləşdiriləcək. Detallar tam hazırlanıb ictimaiyətə açıqlanmadığı üçün məsələ ilə bağlı bir qədər fərqli fikirlər yaranır. Bir çoxları taksilərdə vahid tarifin tətbiqinin inhisarçılığa və rəqabət mühitinin aradan qalxmasına gətirib çıxaracağı qənaətindədir. Lakin vahid tarifin tətbiqində məqsəd bu sahədə sağlam rəqabət mühitini formalaşdırmaqdır”.
M.Ağayevin sözlərinə görə taksi xidməti ilə bağlı bir sıra tələblər hazırlanıb və təqdim olunub:
“Taksilərdə vahid tarifin tətbiqinə qədər, bir sıra mərhələlər var ki, onlar həyata keçirilməlidir: Taksi xidməti kimi istifadə olunan nəqliyyat vasitələri ilə bağlı tələblər hazırlanıb və hökumətə təqdim olunub. Bununla yanaşı, tələblər arasında minik avtomobili ilə taksi xidməti göstərən sürücülərin fəaliyyəti iıə bağlı məsələlər də yer alıb. Müsbət rəy alındıqdan sonra həmin tələblər ictimaiyyətə açıqlanacaq. Onu da qeyd edim ki, tələblərin icrasıyla vahid taksi sistemi yaradıldıqdan sonra biz Bakı şəhərində normal və müasir taksi xidmətinin fəaliyyətinin şahidi olacağıq”.
O, bir sıra taksi şirkətlərindəki çatışmazlıqlardan da söz açıb:
“Bu gün bir sıra taksi şirkətlərində qiymətlər nisbətən ucuzlaşıb. Qiymətlərin belə olması sərnişinlərə sərf edir. Lakin, 141 “qaynar xətt”inə daxil olan müraciətlərin təhlili onu göstərir ki, qiymətlər ucuz olsa da, göstərilən xidmət və ya nəqliyyat vasitələri sərnişinləri qane etmir. “Qaynar xətt”ə zəng edən şikayətçilər qeyd edir ki, taksi çağıran zaman onlara taksinin 15 dəqiqəyə gələcəyini deyilsə də, yarım saatdan sonra gəlib. Bundan başqa, daxil olan şikayətlərdən biri də, müştəriyə 15-20 dəqiqə gözlədikdən sonra boş nəqlliyyat vasitəsinin olmadığı barədə məlumat verilməsidir”.
M.Ağayev qeyd edir ki, bəzən göndərilən nəqliyyat vasitələri nasaz olur, sürücü gediləcək ünvanı tanımır və sürücü-sərnişin münasibətlərinin tənzimlənməsində problemlər yaranır. O qeyd edir ki, əksər sirkətlər qiymətdə rəqabət aparsalar da, bu, sağlam rəqabət olmur.
Müsahibimiz həmçinin, taksi dayancaqlarının yerləri və prosesin gedişatı haqqında da danışıb:
“Mövcud taksi duracaqlarının pasportlaşdırılması prosesi fasiləsiz olaraq davam edir. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları gün ərzində paytaxtın müxtəlif ərazilərində bununla bağlı bir sıra müşahidə və təhlillər aparırlar. Həmin ərazidə nəqliyyat axınının vəziyyəti hesablanır. Digər amillər də nəzərə alınmaqla əgər həmin ərazidə taksi duracağı olmalıdırsa və əhalinin sıx toplaşdığı ərazidirsə, deməli artıq həmin ərazilərdə taksi duracaqlarının yeri müəyyənləşir və pasportlaşdırılır və taksi nişanı qoyulur. Ən son belə müşahidələr Qara Qarayev prospektində aparılıb. 10 yerdə taksi duracaqları müəyyənləşdirilib və nişanlanma işləri aparalacaq”.
M.Ağayev dayanacaqların yaradıldığı ərazilər və digər məsələlərdən də danışıb:
“Hazırda taksi dayanacaqları Dəmiryol vağzalının, Səməd Vurğun bağının ətrafında, Dəniz vağzalının qarşısında, “Park bulvar”ın önündə mövcuddur. Taksi duracaqları elə yerlərdə olmalıdır ki, ora insanlar daha çox gəlib-gedə bilsin. Biz çalışırıq ki, taksi dayanacaqları metrostansiyaların çıxışlarında olsun. Lakin elə stansiyalar var ki orda taksi duracaqlarının olması digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradır. Taksilərin rahat formada dayanıb sərnişin cəlb edə bilməsi, eyni zamanda digər nəqliyyat vasitələri ərazidən rahat formada getməsi üçün çalışırıq.
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)



