Dünyada ilk dəfə ən çox qazanan şirkət rəhbəri bir qadın olub
Associated Press üçün Equilar tərəfindən hazırlanan "Ən çox qazanan CEO-lar" siyahısına görə, 2019-cu ildə birinci yeri texnologiya şirkəti Advanced Micro Devices-in (AMD) İcraçı direktoru Lisa Su tutub. Onun şirkətdən illik qazancı 58,5 milyon dollar təşkil edib.
Marja xəbər verir ki, Su-nun AMD-dən aldığı maaş bir milyon dollardır, buna 1,2 milyon dollarlıq performans bonusu da əlavə olunub. Həmçinin Su keçən il 3 milyon dollarlıq səhm opsiyonu və səhmlərinə görə 53 milyon dollar dividend alıb.
Su-nun AMD-dən aldığı ödəniş 2018-ci illə müqayisədə 2019-cu ildə 4 dəfə artıb.
Qadın menecer 2014-də şirkətin rəhbəri təyin ediləndə bir AMD səhimi 3 dollar idi, bu gün isə təxminən 55 dollardan satılır.
500 Amerikan şirkətini əhatə edən S&P 500-də ən çox ödəniş alan 50 yaşındakı Su-dur, onun ardınca 45,8 milyon dollarla Discovery Inc. şirkətinin rəhbəri David M. Zaslav gəlir. İllik 45,5 milyon dollar gəlirlə də Walt Disney-in direktoru Robert A. Iger üçüncü yerdədir.
Cəmi 329 adın yer aldığı siyahıda yalnız 20 qadın rəhbərin adı var. Lisa Su-dan sonra gələn ilk qadın, Lockheed Martin-in direktoru Marillyn A. Hewson ildə 24,4 milyon dollar ödəniş alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)



