"Hazırda problemli bank var?" sualına rəsmi cavab verildi
4 bankın lisenziyası ləğv edildikdən sonra, Mərkəzi Bankın sədri Elman Rüstəmov, "Hazırda Azərbaycanda maliyyə vəziyyəti pisləşmiş, kapitalı minimal tələbdən aşağı düşmüş, problemli bank var?" sualına “Biz hazırda maliyyə vəziyyəti problemli olan başqa bank tanımırıq” şəkilində cavab verib.
Marja-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, bundan sonra Mərkəzi Bank kommersiya banklarına ciddi nəzarət edəcək, tez-tez yoxlamalar həyata keçirəcəkdir:
“Bu proses dinamik prosesdir. Biz yoxlamalarımızı mütəmadi aparacağıq, əgər məlumat olarsa Mərkəzi Bank ictimaiyyətli məlumatlandıracaqdır”.
Elman Rüstəmov qeyd edib ki, bağlanan 4 bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif etsələr də hazırda fəaliyyətdə olan bankların maliyyə hesabatlarına “həlledici dərəcədə” inanmaq olar:
“Biz bank sektorunu tam şəkildə yoxlayıb başa çatdırmamışıq. İlk növbədə bunu demək istəyirəm. İlkin olaraq bankların kapitallarının qiymətləndirilməsi prosesi həyata keçirilmişdir. Əgər bu qiymətləndirmə olmasaydı 4 bankın siyahısı daha böyük ola bilərdi. Aydındır məntiqi olaraq? Yəni biz bankların portfellərinin ilkin qiymətləndirilməsini həyata keçirmişik və hesab edirəm ki, bu gün həlledici dərəcədə bankların hesabatlarına, çap olunan hesabatlarına inanmaq olar. Təbii ki, son dəqiqləşmələr mümkündür, amma mən düşünmürəm ki, bu dəqiqləşmələr, o dərəcəyə çatsın ki, bank kapitalını itirib, yox. Ola bilər 1-2% kənarlaşma olsun. Bu həmişə mümkün ola bilər”.
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank AtaBank, Amrahbank, AgBank və NBC Bank-ın lisenziyalarını ləğv edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)


