Azercell növbəti əmək yarmarkasında iştirak edib
(®) Ölkədə gənclərin məşğulluğunun artırılması istiqamətində keçirilən tədbirlərdə daima fəal iştirak edən “Azercell Telekom” MMC oktyabr ayının 30-u baş tutan əmək yarmarkasında xüsusi stend ilə təmsil olunub. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) tərəfindən birgə reallaşdırılan bu tədbirdə Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri yarmarkanın iştirakçıları ilə görüşüb, onların suallarını cavablayıb. Gənclərə şirkətdə mövcud olan vakansiyalar, hər il ənənəvi olaraq tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları haqqında geniş məlumat verilib.
Məlumat üçün bildirək ki, cari ilin may ayında Azercell şirkəti rəqəmsallığa doğru dəyişən strategiyası çərçivəsində ilk dəfə olaraq "Azercell-Lab" - ödənişli təcrübə proqramına qəbul elan edib. Tələbələrə "İT-lab" və "Biznes-Lab" inkubasiya mərkəzlərində təcrübə keçərək, peşəkar mühitdə karyera qurmaq fürsəti verilib. Fəaliyyətində dinamik və dəyişkən texnologiyaları tədbiq edən şirkət, labaratoriyaların gənc rezidentlərinə nəzəri biliklərindən yararlanaraq şirkətin real layihələrində iştirak üçün şərait yaradıb. Təcrübəçilər 6 ay müddətində biznes və İT sahələrində zəngin təcrübəyə malik olan aparıcı ekspertlər ilə birlikdə çalışmaq və rəqəmsal dünyanın ən son trendləri ilə daha yaxından tanış olmaq fürsəti əldə ediblər. Həmçinin sentyabr ayında tələbələrin fəaliyyətinə dəstək olmaq məqsədilə, Azercell Telekom 2020-ci il üçün Tələbə Təqaüdü Proqramına ərizələrin qəbuluna başlamışdır. “Rəqəmsal dünyanı Azercell-lə kəşf et” şüarı altında keçirilən proqramın qalibləri akademik bilikləri, dünyagörüşü, elmə, təhsilə həvəsi və digər meyarlar əsasında seçiləcək. Qaliblər təhsil ilinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd ilə təmin ediləcəklər. Hazırda Tələbə Təqaüdü Proqramının seçim proseslərinə start verilib.
Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin təqdim etdiyi ən son yenilikləri “Azercell Recruitment Team” LinkedIn səhifəsindən izləyin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 22 d. əvvəl
- 46 d. əvvəl
-
55 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
59 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Ən çox oxunanlar
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin















.jpg)




