“AgBank” yarımillik maliyyə göstəricilərini açıqlayıb
“AgBank” ASC 2019-cu ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə “AgBank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 21 milyon 867 min manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan azad olmuş 4 milyon 968 min manat daxil olmaqla cəmi gəlirlər 26 milyon 836 min manat, cəmi xərclər isə 27 milyon 733 min manat təşkil edib. Nəticədə “AgBank” 2019-cu ilin birinci yarısını 897 min manat zərər ilə başa vurub. 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə Bankın zərəri 1,8 dəfə azalıb. Belə ki, “AgBank” ötən ilin birinci yarısını 1 milyon 575 min manat zərər ilə bağlamışdı.
Ötən ilin 1-ci rübündə “AgBank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatın yaradılmasına 489 min manat ayırmışdı. Bu il əksinə, ehtiyatların azad olması gecikmədə olan kreditlərin bərpa edildiyinə işarədir. İkinci rübdə gəlirlərinin artması və ehtiyatdan daha çox vəsaitin azad olması ilə “AgBank” mənfəətə daha da yaxınlaşa bilər.
30 İyun 2019-cu il tarixində “AGBank” 471 milyon 620 min manat cəmi aktivlərə (o cümlədən 233 milyon 593 min manatı müştərilərə verilən kreditlər), 420 milyon 368 min manat cəmi öhdəliklərə (o cümlədən 222 milyon 833 min manatı depozitlər) və 51 milyon 251 min manat cəmi balans kapitalına, 51 milyon 863 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)





