"Bakıda su filtrləri satan işbazlar əhalini aldatmaqla məşğuldur" - AÇIQLAMA
Bakı və Bakıətrafı ərazilərdə bəzi işbazlar əhaliyə verilən içməli suyun tərkibinin insan orqanizminə zərərli olması ilə bağlı şayiələr yayır, vətəndaşlara baha qiymətə su filtrləri təklif edirlər.
Məsələ ilə bağlı açıqlama verən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, həmin şəxslər insanları aldatmaqla məşğuldur:
"Su filtrləri satan şirkətlərin bu sahə üzrə heç bir təhsili olmayan gənc əməkdaşlarının qapı-qapı gəzərək (əsasən də axşam saatları) şəbəkədən verilən suyun keyfiyyətsiz olması barədə insanları aldatmaq cəhdləri hələ də davam edir. İnsanların diqqətinə çatdırırıq ki, suyun elektroliz cihazı və TDS aparatı ilə yoxlanması sadəcə onları aldatmağa hesablanıb. Elektroliz cihazının təsirindən suyun üzərində yaranan tünd yaşıl rəngli təbəqə suyun tərkibindəki palçığın və çirklənmənin deyil, əksinə onun tərkibindəki mineralların elektroliz yolu ilə oksidləşmə və rediksiya prosesi nəticəsində əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin göstəricisidir. Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə, deməli bu filtrdən keçirilmiş və mineralları tutulub saxlanılmış “ölü” sudur. TDS aparatı ilə yoxlanılan suyun göstəricisi 1000 ppm-ə qədər olduqda, bu, su içməyə yararlı su sayılır. Ancaq filtr satan şirkətlərin əməkdaşları insanların bu sahədə bilgilərinin az olmasından sui-istifadə edib yalan məlumatlar verməklə onları aldatmağa cəhd edirlər. Kimya və bilogiyadan heç bir anlayışı olmayan həmin gənclər TDS aparatı ilə yoxlanılan və 200-300 ppm (qeyd - ümumi mineralların yolverilən qatılıq həddi) təşkil edən suyu çirkli su adlandırır və bununla da insanları aldadırlar".
A.Cəbrayıllı bildirib ki, əhaliyə verilən içməli suyun tərkibində ümumi mineralların yolverilən qatılıq həddi qüvvədə olan standartlara əsasən 1500-ə qədər olduqda bu su içməyə yararlı sayılır: "Bu gün Azərsu ASC-nin insanlara verdiyi suda isə bu göstərici 250-500 arasında dəyişir. Başqa sözlə, bu gün istehlakçılara verilən suda qeydə alınan bu göstəricilər tam normalar çərçivəsindədir".
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 24 d. əvvəl
-
29 d. əvvəl
Zelenski: Mükəmməl deyil, amma 20 maddəlik sülh planı mövcuddur
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb






















.jpg)



