Bu sığorta şirkətinin ilk filialı açılacaq
Azərbaycanın “Rəvan Sığorta” şirkəti Gəncə şəhərində ilk filialını açmaq niyyətindədir.
Bu barədə şirkətin İdarə Heyətinin sədri Fərhad Aslanov məlumata verib.
Onun sözlərinə görə, filialın yerinin dəqiq müəyyənləşdirilməsi ilə bağlı artıq bir neçə variant var ki, bu məsələ şirkətin səhmdarların görüşündə müzakirə edilərək yekun qərarla təsdiqlənəcək: “Filialın yeri məlum olduqdan sonra Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edəcəyik. Artıq indidən işçi yığımına da başlamışıq”.
F.Aslanov bildirib ki, “Rəvan Sığorta” İcbari Sığorta Bürosunun üzvü olmadığı üçün filialda yalnız şirkətin könüllü sığorta məhsulları satılacaq.
Şirkətin hazırda ölkə üzrə heç bir filialı yoxdur.
"Rəvan Sığorta” ASC 1998-ci ildə təsis edilmişdir. 20 illik təcrübəsi ilə, müştərilərinə yüksək keyfiyyətli xidməti göstərən, Azərbaycan sığorta xidmətləri bazarına öz tövhəsini verən inanılmış şirkətlərdəndir. Fəaliyyətinin ilk illərində “Double İnsurance Company” QSC kimi tanınan, “Rəvan Sığorta” ASC 2004-cu ildə təsisçilərin dəyişməsi ilə yanaşı, şirkət adının da dəyişməsi prosesini yaşayaraq “Star Alyans Sığorta” şirkəti adını almışdır. Şirkətin formalaşmasının sonuncu və uğurlu mərhələsi 2007-ci ilə təsəduf edir. Belə ki, Respublikanın ən iri şirkətlərindən olan “Nurgun Şirkətlər Qrupu“nun Rəvan Sığorta”ASC –nin səhmlərinin əhəmiyyətli nəzarət zərfini (100 %) əldə etməsi ilə başlamışdır. Beləliklədə 2009-cu ildə şirkətin adı dəyişilərək “Rəvan Sığorta” olmuşdur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)













.jpg)

