Azərbaycanda dollarla əməliyyatların həcmi kəskin azalıb
2016-cı ilin yanvar-dekabr aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.
Mərkəzi Bankın statistikasına görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 2,67 dəfə azalıb.
Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 2,84 dəfə azalıb. Başqa sözlə, ötən il ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 5 mlrd. 564 mln. 473,7 min ABŞ dolları olubsa, 2015-ci ildə bu göstərici 15 mlrd. 795 mln. 602,5 min dollar təşkil edib.
Ötən ilin yanvar-dekabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 3 mlrd. 004 mln. 956,7 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 4,1 dəfə azdır. Ötən ilin 12 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 559 mln. 517 min ABŞ dolları alınıb. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 26,41% azdır.
2016-cı ildə 2015-ci il ilə müqayisədə avro ilə əməliyyatların həcmi isə 1,55 dəfə azalıb. Başqa sözlə, ötən il avro ilə mübadilə əməliyyatlarının həcmi 851 mln. 409,6 min avro olubsa, 2015-ci ildə bu göstərici 1 mlrd. 319 mln. 741,4 min avro təşkil edib.
Ötən il nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 559 mln. 028,6 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,92 dəfə azdır. 2016-cı ildə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 292 mln. 381 min avro alınıb. Bu, 2015-ci il ilə müqayisədə 19,21% çoxdur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















