Rusiyada xiyarın qiyməti ikiqat artıb
Rusiyada xiyarın qiymətindəki kəskin artım ictimaiyyətdə geniş rezonans doğurub.
Marja xəbər verir ki, rəsmi məlumatlara görə, dekabr ayından bəri qiymətlər təxminən ikiqat (111%) artaraq kiloqramı 300 rublu (təxminən 7 manat) keçib. Bəzi ərazilərdə xiyarın kiloqramı 550 rubladək çatır (12 manatdan baha).
Qiymətlərin yüksəlməsi Ukraynada davam edən müharibənin kölgəsində iqtisadi təzyiqlərin hələ də davam etdiyi dövrə təsadüf edir. Ölkədə bu il keçiriləcək parlament seçkiləri səbəbindən artan ərzaq qiymətləri siyasi baxımdan da həssas mövzuya çevrilib.
Siyasətçilərin reaksiyasından sonra antiinhisar qurumu istehsalçı və pərakəndə satıcılara rəsmi məktub göndərərək qiymət artımının səbəblərini tələb edib. Rəhbərlik prosesi yaxından izlədiklərini bildirərək ictimai narazılığın böyüməməsi üçün addımlar atıla biləcəyinə işarə edib.
Müxalifətçi deputat Sergey Mironov, Kənd Təsərrüfatı Nazirliyinin qiymət artımını “mövsümi” faktorlarla izah etməsini tənqid edib. Keçən il kartof qiymətlərinin rekord qırdığını xatırladan Mironov, bu dəfə isə xiyarın “qızıl”a çevrildiyini bildirib.
Mironov əsas ərzaqlara çıxışın çətinləşməsinin vətəndaşlar üzərində təzyiq yaratdığını vurğulayaraq hökuməti daha konkret addımlar atmağa çağırıb.
Ekspertlər əlavə dəyər vergisinin yüksəlməsinin də qiymətlərə təsir etdiyini bildiriblər.
Rusiya Mərkəzi Bankı illik inflyasiyanın 5,5%-ə qədər arta biləcəyini proqnozlaşdırır. Elektrik və təbii qaz ödənişlərindəki artım, yanacaq qiymətlərinin yüksəlməsi və market xərclərindəki artım ailə büdcələrinə əlavə təzyiq göstərir. Müharibənin dördüncü ilinə daxil olunduğu bir vaxtda iqtisadi yavaşlama ilə bağlı narahatlıqlar da gündəmdədir.
Marketlərdə məhdudiyyət, evdə istehsal çağırışı
Xiyar qiymətlərinin idxal olunan banan qiymətlərini belə keçməsi səbəbindən Sibirdəki bəzi marketlər hər bir şəxs üçün satışda kvota tətbiq etməyə başlayıb. Ölkənin aparıcı qəzetlərindən biri isə oxucularına pulsuz xiyar toxumu paylayaraq evdə istehsal çağırışı edib.
Hakimiyyət: “Qiymətlər düşəcək”
Hökumət tərəfdarı deputat Yevgeny Popov sosial media vasitəsilə verdiyi açıqlamada qiymətlərin yaxın zamanda azalacağını və Rusiyanın xiyar istehsalının özünə yetərli olduğunu bildirib. Lakin sosial mediada bir çox istifadəçi bu açıqlamaya etiraz edib.
İstehsalçılar isə hava temperaturunun yüksəlməsi ilə gələn ay təklifin artacağını və qiymətlərin normallaşacağını bildirirlər. Rəhbərlik keçmişdə oxşar artımların nəzarət altına alındığını xatırladaraq hazırda ictimai sabitliyi təhdid edən bir vəziyyətin olmadığını qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)










