“Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir
“Azərsun Holdinq”in nümayəndə heyəti Moskva və ətraf regionlarda fəaliyyət göstərən iri marketlər şəbəkələri və topdan satış şirkətləri ilə işgüzar görüşlər keçirib.(®) “Azərsun Holdinq” 25–27 noyabr tarixlərində Sankt-Peterburq şəhərində keçirilən ənənəvi “PeterFood” beynəlxalq ərzaq sərgisinin əsas iştirakçılarındandır. Şirkət ölkəmizin adından çıxış edərək məhsul müxtəlifliyini və istehsal gücünü geniş auditoriyaya təqdim edir.
Sərgidə holdinqə məxsus müxtəlif zavod və fabriklərdə istehsal olunan konservləşdirilmiş məhsullar, içkilər, kompotlar, limonadlar, nar şirəsi, turşu məhsulları, mürəbbələr və digər qida çeşidləri nümayiş olunur. Stendimizdə məhsulların təqdimatı ilə yanaşı, dequstasiya da həyata keçirilir ki, bu da ziyarətçilərə Azərbaycan brendlərinin keyfiyyətini birbaşa qiymətləndirmək imkanı verir.
Sərgi çərçivəsində “Azərsun Holdinq” nümayəndə heyəti müxtəlif ölkələrdən olan şirkətlər, xüsusilə də Moskva və ətraf regionlarda fəaliyyət göstərən iri marketlər şəbəkələri və topdan satış şirkətləri ilə işgüzar görüşlər keçirib. Mövcud əməkdaşlıqların genişləndirilməsi və yeni satış kanallarının açılması istiqamətində müzakirələr aparılıb.
“Azərsun Holdinq” üçün “PeterFood” sərgisində iştirak həm məhsulların beynəlxalq bazarlarda daha geniş tanıdılmasına, həm də Azərbaycanın ərzaq sənayesinin ixrac imkanlarının artırılmasına mühüm töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)
















