Neftin qiyməti son 3,5 ildə ilk dəfə 68 dollardan aşağı düşdü
Londonun ICE birjasının ticarət məlumatlarına əsasən, Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 3,27% ucuzlaşaraq bir barel üçün 67,85 dollar olub. Sonuncu dəfə neftin bir barreli 68 dollardan aşağı satılıb, təxminən 3,5 il əvvəl, 2 dekabr 2021-ci ildə.
Marja xəbər verir ki, ABŞ prezidenti Donald Trampın bütün ölkələrdən idxal olunan məhsullara yeni tariflər tətbiq etməsindən sonra neftin qiyməti aşağı düşüb. ABŞ dünyanın müxtəlif ölkələri üçün 50%-ə qədər tariflər tətbiq etmək qərarına gəlib. Bu, qlobal ticarət müharibəsinin neftə tələbi azalda biləcəyi ilə bağlı qorxuları artırıb. OPEC+ ölkələrinin neft hasilatını əvvəllər elan ediləndən daha sürətli artırmaq qərarı da bazara mənfi təsir göstərib.
Analitiklərə görə, faktiki olaraq Birləşmiş Ştatların bütün əsas ticarət tərəfdaşlarına qarşılıqlı tariflər haqlı olaraq iqtisadi tənəzzül və ola bilsin staqflyasiya ilə bağlı narahatlıqları artırır. Bu, iqtisadi artıma və neftə olan tələbata mənfi təsir göstərir.
Goldman Sachs hesab edir ki, artan tənəzzül riskləri səbəbindən neft qiymətləri dəyişkən qalacaq. Bank Brent markalı neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu yenidən 5 dollar azaldaraq 2025-ci ilin sonu üçün 66 dollar/barelə endirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














.jpg)

