Azerconnect Group Milli Kibertəhlükəsizlik Forumunun əsas tərəfdaşıdır
(®) Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın ən böyük İKT şirkəti olan Azerconnect Group-un əsas tərəfdaşlığı ilə Bakıda “3-cü Milli Kibertəhlükəsizlik Forumu” keçirilib.
Azerconnect Group-un Baş direktorunun müavini Dövlət Dövlətov tədbirin açılış mərasimində çıxış edərək, şirkətin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi ilə bağlı şirkətin öncül təcrübəsini bölüşüb. Forum zamanı Azerconnect Group-un Təhlükəsizlik Əməliyyatlar Mərkəzinin təkmilləşdirilməsi layihəsi təqdim edilib. Həmçinin kibertəhlükəsizlik sahəsində şirkət tərəfindən yerli peşəkarların yetişdirilməsi üçün atdığı addımlar haqqında ətraflı məlumat paylaşılıb.
Forumda dövlət qurumları, özəl şirkət və biznes nümayəndələrinin iştirakı ilə kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində təhsil, insan resursları, habelə kiberdiasporanın formalaşdırılması mövzuları ətrafında mühüm müzakirələr aparılıb.
Qeyd edək ki, Azerconnect Group İKT sahəsində iri işəgötürənlərdən biri olaraq Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının üzvüdür.
Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində xidmətlər göstərən şirkətdir. Azerconnect Group müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












