Azərbaycan və İtaliya birgə şirkət yaratdı -51/49
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin mərkəzi ofisində İtaliyanın “LUCCHİNİ.AZ” şirkəti ilə “AZTT-LUCCHİNİ” Məhdud Məsuliyyətli Cəmiyyətin təsis edilməsi haqqında qərar layihəsi və nizamnamənin imzalanması mərasimi keçirilib.
“Marja" xəbər verir ki, sənədləri Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev və İtaliya Respublikası tərəfdən isə “LUCCHİNİ.AZ” MMC-nin təmsilçisi Massimo Lucchini imzalayıblar.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun təsis olunmuş “AZTT-LUCCHİNİ” MMC ilə nizamnamə kapitalında pay nisbəti aşağıdakı qaydada müəyyən olunub:
-“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC - 51 %
-“LUCCHİNİ.AZ” - 49 %
“AZTT-LUCCHİNİ” MMC Azərbaycanda istixanaların tikintisi, birgə formada idarəedilməsi, işçi potensialının formalaşdırılması, işçilərə zəruri elmi-texniki biliklərin verilməsini həyata keçirəcəkdir. Bu barədə anlaşma memorondumu “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə İtaliyanın “IDROMECCANICA LUCCHINI SpA” şirkəti arasında aprel ayında imzalanmışdı.
İLKİN MƏRKƏLƏDƏ 13 MİLYON AVRO SƏRMAYƏ
Səhmdar Cəmiyyət layihənin icrası üçün lazım olan bütün zəruri işləri- su, elektik, yol üçün əlverişli olan bütün məsələlərin həllini öz üzərinə götürüb. İnfrastrukturun yaradılması üçün xərclər, razılaşdırmalar, müqavilə imzalandıqdan sonra nəzərə alınacaqdır. İlkin mərhələdə istixana komplekslərinin qurulmasına 13 milyon avro dəyərində sərmayə qoyulması nəzərdə tutulub.
İSTİXANALAR ZİRƏDƏ QURULACAQ
İstixanaların qurulacağı ərazilərə baxış keçirilərək məsləhətləşmələr aparılıb. Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən ərazi xarici qonaqlar tərəfindən istixana kompleksinin qurulması üçün uğurlu seçim kimi qiymətləndirilib.
İstixanaların tikintisində ən müasir texnologiyalar tətbiq olunacaq, kompleksin tərkibində elmi mərkəz yaradılacaq. Mərkəzdə aqrar sektorda çalışan istehsalçılara dəstək məqsədi ilə kadrların hazırlanması, yeni texnologiyalardan istifadə bacarıqlarının artırılması ilə bağlı işlər həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)




.jpg)
