Tikinti şirkətləri 79 milyon manatlıq sifarişlər aldı - SİYAHI
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin törəmə şirkəti olan "MİDA" MMC çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar "HN Construction" QSC, "DDlar İnşaat QSC, Araz İnşaatçı MMC konsorsiumu", "Katri" MMC, "Yar İnşaat Təmir-Tikinti MMC, DDlar İnşaat QSC konsorsiumu", "Qurucu" MMC və "Amal Group" MMC ilə ümumi məbləği 79 milyon120 min manat olan müqavilələr imzalayıb.
Marja.az xəbər verir ki, "MİDA" şirkəti "HN Construction" QSC ilə məbləği 20 milyon 925 min 122 manat olan müqavilə imzalayıb. Müqavilə "Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 20, 21, 22, 23, 24 və 25 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini" nəzərdə tutur.
"MİDA" şirkəti "DDlar İnşaat" QSC və "Araz İnşaatçı" MMC konsorsiumu" ilə məbləği 13 milyon 582 min 337 manat olan müqavilə imzalayıb. Müqavilə "Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1, 2, 3 və 4 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini" nəzərdə tutur.
"MİDA" şirkəti "Katri" MMC ilə məbləği 1 milyon 289 min 745 manat olan müqavilə imzalayıb. Müqavilə "Füzuli şəhərində 8,90 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində daldalanacaqların tikintisi işlərinin satın alınmasını" nəzərdə tutur.
"MİDA" şirkəti "Yar İnşaat Təmir-Tikinti MMC, DDlar İnşaat QSC konsorsiumu" ilə məbləği 13 milyon 602 min 415 manat olan müqavilə imzalayıb. Müqavilə "Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 16, 17, 18 və 19 nömrəli çoxmənzilli yaşayış binalarının" tikintisini nəzərdə tuturş.
"MİDA" şirkəti "Qurucu" MMC ilə məbləği 6 milyon 914 min 602 manat olan müqavilə imzalayıb. Müqavilə "Binəqədi yaşayış kompleksində ərazinin tikintiyə hazırlanması, şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma və ərazinin yaşıllaşdırılması" işlərini nəzərdə tutur.
"MİDA" şirkəti "Amal Group" MMC ilə məbləği 12 milyon 418 min 246 manat olan müqavilə imzalayıb. Müqavilə "Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 13, 14, 15 nömrəli çoxmənzilli yaşayış binalarının və 80 yerlik uşaq bağçasının tikintisini" nəzərdə tutur.
"MİDA" şirkəti "Enerji Qrup" MMC məbləği 10 milyon 389 min 712 manat olan müqavilə imzalayıb. Müqavilə "Binəqədi yaşayış kompleksində sahəxarici və sahədaxili elektrik enerjisi təminatı"nı nəzərdə tutur.
Qeyd edək ki, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 saat sonra
-
19 d. əvvəl
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu
-
-
30 d. əvvəl
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
-
36 d. əvvəl
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb





.jpg)







.jpg)






