"Skoda" Qazaxıstanda 4 modelinin istehsalına başlayacaq
2024-cü ilin əvvəlində Qazaxıstanda "Skoda"nın Oktavia, Kodiaq, Kamiq və Karoq modellərinin istehsalına başlanacaqÇexiyanın "Skoda" şirkəti Qazaxıstanın "Allur" zavodunda 4 avtomobil modelini istehsal etməyi planlaşdırır.
Marja.az markanın mətbuat xidmətinə istinadən xəbər verir ki, tezliklə müəssisənin montaj xəttindən "Octavia" kiçik ailə avtomobili, həmçinin Kodiaq, Kamiq və Karoq krossoverləriyığılacaq. Bu modellərin istehsalına 2024-cü ilin əvvəlində başlanılacaq.
Bununla yanaşı, Çexiya markasının Qazaxıstanda yeni avtomobil satışı mərkəzləri istifadəyə verəcək. Ümumilikdə şirkət 2024-cü ildə ölkənin ən böyük şəhərlərində 15 avtosalon açmağı planlaşdırır.
"Skoda yerli avtomobil bazarında əhəmiyyətli inkişaf potensialını görür. Yaxın beş il ərzində Qazaxıstanda ümumi satışın 200 min avtomobildən çox olacağı proqnozlaşdırılır", - deyə şirkətdən bildirilib.
Layihəyə yatırılan investisiyaların həcmi 26 milyard tenge təşkil edəcək. Bu vəsaitlər istehsalın birbaşa təşkil edilməsi ilə yanaşı, markanın satış şəbəkəsinin yaradılmasında da istifadə olunacaq. Gözlənilir ki, kompleksdə avropalı tərəfdaşla əməkdaşlıq Qazaxıstanda 1500-ə yaxın yeni iş yeri yaradacaq.
Hal-hazırda Qazaxıstanda yerləşən "Allur" zavodunda bir sıra markaların maşınları istehsal olunur. JAC, Chevrolet, Kia və Jetour maşınları müəssisənin montaj xəttindən çıxır. Həmçinin yaxın gələcəkdə onlara yenidən Lada modelləri də qoşula bilər. Hal-hazırda AvtoVAZ bu ehtimalı nəzərdən keçirir. "SaryarkaAvtoProm" zavodunda ("Allur"a məxsus) "Lada" maşınlarının montajı 2022-ci ildə dayandırılıb. Burada Lada Granta, Niva və Vesta maşınları istehsal edilmişdir.
Skoda ötən yaz Rusiyada fəaliyyətini dayandırıb. Bundan əvvəl Nijni Novqoroddakı QAZ qrupunun müəssisəsində Çexiya markasının maşınları istehsal olunurdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)




