“PAŞA Bank”da yeni təyinat olacaq - ADI, VƏZİFƏSİ
“PAŞA Bank”ın idarə heyəti yeni tərkibdə formalaşdırılır18 iyul 2023-cü il tarixindən etibarən “PAŞA Bank” ASC-nin idarə heyəti yeni tərkibdə formalaşdırılacaq.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Bankın səhmdarlarının ümumi yığıncağında alınan qərara əsasən, Pərvin Əhədzadə "PAŞA Bank" ASC-nin idarə heyətinin üzvü və baş risk inzibatçısı vəzifəsinə təyin olunacaq. O, bu vəzifədə Xəyalə Nağıyevanı əvəz edəcək.
Pərvin Əhədzadə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistr dərəcələrini bitirdikdən sonra Oksford Universitetinin “Said” Biznes Məktəbində Biznesin idarə olunması üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. P. Əhədzadə peşəkar fəaliyyətinə 2003-cü ildə “ATA Bank” ASC-də başlamış, daha sonra karyerasını 9 il ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankında davam etdirmişdir. O, 2015-ci ildə “PAŞA Holding”ə müşavir olaraq qoşulmuşdur. Bundan əlavə P.Əhədzadə 2015-ci ildən “Kapital Bank” ASC -də, 2016-cı ildən isə "PAŞA Bank” ASC -də audit komitəsinin sədri olmuşdur. O, həmçinin 2020-ci ildən "PAŞA Holding"in Qrup üzrə audit departamentinin rəhbəri vəzifəsini icra etmişdir.
Qeyd edilib ki, Xəyalə Nağıyevanın 20 illik peşəkar təcrübəsinin 14 ilini “PAŞA Holding” və “PAŞA Bank”dakı təcrübəsi təşkil edir. O, “PAŞA Bank”dakı fəaliyyətinə ilk olaraq baş maliyyə inzibatçısı kimi başlamış, daha sonra baş risk inzibatçısı kimi davam etmişdir. Bu illər ərzində X. Nağıyevanın “PAŞA Bank”ın ümumi inkişafında, o cümlədən srateji idarəetməsində, yerli korporativ risk strategiyasının əsasının qurulmasında, xüsusən də “PAŞA Bank” ASC-nin risk funksiyasının formalaşmasında və Bank daxilində risk peşəkarlarının yetişdirilməsində böyük rolu olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








