"Naxçıvanbank"ın xalis mənfəəti 44%-dən çox artıb
"Naxçıvanbank" ASC 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 5 milyon 57 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 3 milyon 509 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, "Naxçıvanbank"ın xalis mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 1 milyon 548 min manat və ya 44,1% artıb. Bankın xalis mənfəətinin artması gəlirlərinin artmasından və ehtiyatdan azad olmuş vəsaitdən qaynaqlanır.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Naxçıvanbank"ın faiz gəlirləri 2022-ci ilin 1-ci rübündə 4 milyon 412 min manat ikən, 2023-cü ilin 1-ci rübündə 5 milyon 998 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 2022-ci ilin ilk rübündəki 1 milyon 273 min manatdan 2023-cü ilin ilk rübündə cüzi azalaraq 1 milyon 244 min manata düşüb.
"Naxçıvanbank"ın əməliyyat mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 696 min manat və ya 19,1% artaraq 4 milyon 331 min manat olub. Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 725 min manat mənfəətə əlavə edilib.
31 Mart 2023-cü il tarixində "Naxçıvanbank" ASC 313 milyon 869 min manat cəmi aktivlərə, o cümlədən 173 milyon 671 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 346 milyon 462 min manat cəmi aktivlərə, o cümlədən 173 milyon 622 min manat kredit portfelinə malik idi.
"Naxçıvanbank"da cəmi depozitlərin məbləği ötən ilin sonunda 155 milyon 416 min manat ikən, 31 Mart 2023-cü il tarixində 112 milyon 447 min manat təşkil edib.
MƏCMU KAPİTALI 107 MİLYON MANATDAN ÇOXDUR
31 Mart 2023-cü il tarixində "Naxçıvanbank" 107 milyon 541 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 102 milyon 565 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)







