“Fast food” yeməkləri qida borusu xərçəngi riskini artırır
Dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış qida borusu xəstəliklərindən biri qida borusu xərçəngidir. Belə ki, qida boru xəstəliklərinin 30-40 faizində bu problemə rast gəlinir. İldə hər 100 min nəfərdən 5-7-də bu xəstəliyə rast gəlinir.
Qadınlara nisbətən kişilərdə qida borusu xərçənginə rast gəlmə ehtimalı 2-3 dəfə daha yüksəkdir. Bu da kişilərin içki, siqaret və s. kimi zərərli vərdişlərə daha çox meyilli olmasından irəli gəlir. Bundan əlavə, “fast food” qidaları da bu xəstəliyin yaranması riskini artırır. Adətən 40-60 yaşarası insanlarda rast gəlinən bu xəstəliyin bəzi hallarda 40 yaşın altında insanlarda da görünmə ehtimalı var.
Bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının torokal cərrahı, tibb üzrə fəlsəfə doktoru Arif Ağayev müsahibəsində bildirib.

Həkim deyib: “Qida borusu xərçənginin ilkin əlamətləri qida borusunun funksiyasının pozulmasıdır. Belə ki, bu xəstəlikdən əziyyət çəkənlər ağızda çeynənən qidanı mədəyə ötürməkdə çətinlik çəkirlər. Bu da xərçəng səbəbindən qida borusunun daralması, keçiriciliyin və qidanın mədəyə ötürülmə funksiyasının pozulmasından irəli gəlir. İkinci ən sıx rast gəlinən əlamət isə kəskin arıqlamadır. Adətən belə xəstələr döş qəfəsində ağrı və ya narahatlıq hiss edirlər. Ağrılar qida qəbulu zamanı daha da arta bilər. Bundan əlavə, xəstə qısa, təxminən bir ay müddətində 10-30 kilo arası çəki itirə bilər. Bu da çəki defisitinin yaranmasına səbəb olur. Xəstəlik bəzən öyümə, qusma və hətta qanlı qusma ilə də müşahidə edilə bilər”.
Ümumiyyətlə, qida keçməzliyi hissi yarandıqda xüsusi müayinələrdən keçmək vacibdir. Əvvəlcə endoskopiya və rentgenoloji müayinələr tövsiyə olunur. Müayinələr zamanı qida xərçəngi şübhəsi yarandığı təqdirdə biopsiya olunur ki, bununla da xərçəng tam təsdiqini tapır.
“Diaqnoz təsdiqləndikdən sonra müalicə taktikasını seçmək məqsədilə kompüter tomoqrafiya və s. vasitəsilə xəstəliyin hansı mərhələdə olduğu müəyyən edilir. Qida borusu xərçənginin əsasən üç müalicə üsulu var. Bunlar cərrahi müdaxilə, kimya və şüa terapiyasıdır. Erkən aşkar olunan qida borusu xərçəngi zamanı ömrün uzadılması məqsədilə cərrahi əməliyyat keçirilməlidir. Xərçəngin yerləşməsindən asılı olaraq, əməliyyat iki və ya üç mərhələli ola bilər. Əməliyyatın texniki cəhətdən çətin olmasına baxmayaraq, səhiyyənin inkişafı ilə bu növ cərrahi müdaxilələrin riski də zamanla azalır. Qida borusu xərçəngi zamanı yaşam müddəti xəstəlik aşkarlanan zaman hansı mərhələdə olmasından asılıdır”, - deyə A.Ağayev qeyd edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















