Türkiyədə mobil operatorlar barəsində cinayət işi açılıb
Zəlzələlər zamanı yaşanan rabitə problemlərinə görə, Türkiyədə GSM şirkətləri (mobil operatorlar) barəsində cinayət işi açılaraq araşdırmalara başlanılıb.
Marja xəbər verir ki, fəlakət bölgəsində rabitənin kəsilməsi ictimaiyyətin böyük reaksiyasına səbəb olub.
Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fatih Sayan 14 fevralda 3 GSM şirkətinə (Turkcell, Türk Telekom və Vodafone) qarşı istintaq başladığını bildirib. Sayan bildirib ki, araşdırmalar nəticəsində həmin şirkətlər barəsində lazımi tədbirlər görüləcək.
İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (BTK) də istintaqın başladığını təsdiqləyib.
Şirkətlərin investisiyaları azalsa da, fəlakətlərin idarə olunmasında fiasko yaşanıb.
Zəlzələnin ən kritik ilk saatlarında rabitənin kəsilməsi yardım və axtarış-xilasetmə işlərində böyük fasilələrə səbəb olub. Zəlzələ riski ilə bağlı lazımi araşdırma aparılmayan binalarda quraşdırılmış baza stansiyalarının əksəriyyəti binaların uçması səbəbindən yararsız hala düşüb, sonradan gətirilən mobil stansiyalar enerji təchizatında yaşanan problemlər səbəbindən lazımi gücə çata bilməyib.
Rabitənin kəsilməsi GSM şirkətlərini ictimaiyyətin gündəminə gətirib, şirkətlərin maliyyə nəticələri investisiyaların real olaraq azaldığını göstərib.
“Turkcell” və “Türk Telekom”un maliyyə nəticələrinə görə, şirkətlərin investisiya xərclərinin son illərdə artması inflyasiyadan çox geridə qalıb.
"Türk Telekom"un maliyyə nəticələrinə görə, şirkətin 2022-ci ildə investisiya xərcləri 14 milyard TL olaraq qeyd edilib. 2021-ci ildə şirkətin əsaslı xərcləri 8,7 milyard TL olub. Bu məlumatlar nəzərə alındıqda, şirkətin 2022-ci ildə investisiya xərclərinin 61,4% artırdığı görülür. Bu artım 2022-ci ildə qeydə alınan 64,27 faiz illik inflyasiyadan aşağıdır. Yəni 2022-ci ildə şirkətin investisiya xərcləri real ifadədə azalıb.
Oxşar mənzərə "Türk Telekom"un 2021-ci ildəki investisiya performansında da müşahidə olunub. 2021-ci ildə şirkətin investisiya xərclərinin artımı 36,08 faiz inflyasiyadan geri qalaraq 24,6 faiz təşkil edib.
Şirkətin əvvəlki illərdəki fəaliyyətinə nəzər saldıqda 2017 və 2018-ci illərdə investisiya xərclərinin nominal ifadədə azaldığı müşahidə olunub. 2017-ci ildə şirkətin investisiya xərcləri 9,5 faiz; 2018-ci ildə 3,8 faiz azalıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 1 saat sonra
- 15 d. əvvəl
-
23 d. əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 45 d. əvvəl
-
53 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
1 saat əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Ən çox oxunanlar
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"







.jpg)













.jpg)


