Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
Mərkəzi Banktərəfindən “Azvvallet” MMC, “Greentek Group” MMC və “Guavapay” MMC-nin elektron pul təşkilatı lisenziyaları ləğv edilib
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13 may 2026-cı il tarixli 22 nömrəli protokolu ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən (lisenziya sahibi lisenziyasının ləğvi barədə müraciət edib) “Azvvallet” Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-019 nömrəli, “Greentek Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə 18 sentyabr 2024-cü il tarixli EPT-013 nömrəli, “Guavapay” Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-018 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar ləğv edilib.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Lisenziyalar, lisenziya sahibinin müraciəti əsasında ləğv edilib.
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanunundan:
Maddə 54. Ödəniş təşkilatının və elektron pul təşkilatının lisenziyasının ləğvi
54.1. Aşağıdakı bir və ya bir neçə əsaslar olduqda Mərkəzi Bank bu Qanuna uyğun olaraq ödəniş təşkilatına və elektron pul təşkilatına verilmiş lisenziyanı ləğv edir:
54.1.1. lisenziya sahibi lisenziyasının ləğvi barədə müraciət etdikdə;
54.1.2. ödəniş təşkilatı və elektron pul təşkilatı bu Qanuna uyğun olaraq tətbiq edilən təshih tədbirlərini yerinə yetirmədikdə;
54.1.3. Mərkəzi Banka bilərəkdən yanlış hesabat və ya məlumat təqdim edildikdə və ya ardıcıl olaraq sonuncu iki hesabat tarixinə hesabat təqdim edilmədikdə;
54.1.4. lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;
54.1.5. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinin pozulmasına görə ödəniş təşkilatına və ya elektron pul təşkilatına 1 (bir) il müddətində 2 (iki) dəfədən artıq inzibati tənbeh tətbiq edildikdə;
54.1.6. ödəniş təşkilatı və elektron pul təşkilatı ləğv edildikdə və ya müflis elan edildikdə;
54.1.7. lisenziyanın verilməsi üçün təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar sonradan aşkar edildikdə;
54.1.8. lisenziyanın qüvvəyə mindiyi gündən 12 (on iki) ay müddətində ödəniş təşkilatı və elektron pul təşkilatı fəaliyyətə başlamadıqda və ya fəaliyyəti dövrü müddətində ardıcıl olaraq 6 (altı) ay müddətində ödəniş xidmətlərini göstərmədiyi müəyyən edildikdə;
54.1.9. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin lisenziya sahibinə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda.
54.2. Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialına verilmiş lisenziya aşağıdakı bir və ya bir neçə əsaslar olduqda ləğv edilir:
54.2.1. bu Qanunun 54.1.1 – 54.1.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar olduqda;
54.2.2. xarici ölkənin səlahiyyətli orqanı tərəfindən xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialının fəaliyyət göstərməsi qadağan edildikdə;
54.2.3. xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının öz ölkəsində ödəniş xidmətlərinin göstərilməsi üzrə lisenziyası (və ya bu fəaliyyəti həyata keçirmək hüququnu təsdiq edən sənəd) ləğv olunduqda;
54.2.4. xarici ödəniş təşkilatına və ya xarici elektron pul təşkilatına yerləşdiyi ölkənin tənzimlənmə və nəzarət orqanı tərəfindən lazımınca nəzarətin təmin edilməməsi səbəbindən Mərkəzi Bank xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialına nəzarəti həyata keçirə bilmədikdə.
54.3. Lisenziya bu Qanunun 54.1-ci və 54.2-ci maddələrində göstərilən hallara istinad edilməklə Mərkəzi Bankın qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən növbəti iş günündən gec olmayaraq aidiyyəti ödəniş təşkilatına, elektron pul təşkilatına və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir, habelə bu barədə mediada elan verilir.
54.4. Lisenziyanın ləğv edilməsi haqqında Mərkəzi Bankın qərarından məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi Mərkəzi Bankın qərarının icrasını dayandırmır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
17 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb












.jpg)





.jpg)





