"Bakcell" rəhbərliyində yeni təyinatlar olub
"Bakcell" rəhbərliyində yeni təyinatlar olub.
Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə Klaus Müller təyin edilib.
Məlumata görə, telekommunikasiya sahəsində 30 ildən çox iş təcrübəsinə malik olan Klaus Müller Avropanın bir çox böyük telekommunikasiya şirkətlərində rəhbər vəzifələrdə çalışıb. O, Almaniya, ABŞ, Macarıstan, Azərbaycan və digər ölkələrdə iri telekommunikasiya şirkətlərində genişmiqyaslı transformasiya proqramları və strategiyaların həyata keçirilməsi ilə bağlı zəngin təcrübəyə malikdir. Klaus Müller Almaniya, İspaniya və ABŞ-da iqtisadiyyat, strateji idarəetmə və biznesin idarə edilməsi üzrə təhsil alıb və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
“Müasir dövrdə telekommunikasiya sənayesi üçün dəyişikliklərə çevik reaksiya vermək, abunəçilərin ehtiyaclarını anlamaq və innovativ həllər təklif etmək çox vacibdir. Yüksək mobil internet sürəti, şəbəkənin geniş əhatə dairəsi və müştəri məmnuniyyətinin yüksək səviyyədə olması sayəsində Bakcell Azərbaycanın telekommunikasiya bazarında aparıcı mövqeyə malikdir. Mən “Bakcell”də işə başlamaqdan çox məmnunam. Biz komanda ilə birlikdə şirkətin bazar mövqeyi və texnoloji üstünlüyünün daha da möhkəmləndirilməsi və innovativ rəqəmsal layihələrin həyata keçirilməsi üzərində çalışacağıq”, - deyə Klaus Müller bildirib.

Qeyd edilib ki, 2019-cu ildən başlayaraq “Bakcell”in baş icraçı direktoru vəzifəsində çalışmış Rainer Rathgeber şirkətin uğurlu fəaliyyətinə töhfə verib. Bu illər ərzində Bakcell şirkətinin Azərbaycanın telekommunikasiya bazarındakı mövqeyi daha da güclənib.
Həmçinin NEQSOL Holding-in Qrup üzrə Baş Maliyyə Direktoru və NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə Bakcell şirkətinin Direktorlar Şurasının üzvü təyin edilib.
İmran Əhmədzadənin bank, enerji, telekommunikasiya və tikinti sahələrində 20 illik təcrübəsi var. O, 2013-cü ildə NEQSOL Holding-in tərkibinə daxil olan Nobel Energy-də Xəzinədarlıq üzrə Baş Direktor, 2017-ci ildə NEQSOL Holding-də Baş Maliyyə Direktorunun müavini, 2018-ci ildə isə Baş Maliyyə Direktoru təyin olunub. O, həmçinin Vodafone Ukraine, Nobel Energy, Norm və Holdinqin tərkibindəki digər şirkətlərin Direktorlar Şurasının üzvüdür. İmran Əhmədzadə Harvard Biznes Məktəbinin məzunudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 d. əvvəl
-
- 27 d. əvvəl
-
29 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti




















