Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"

AzVak-mobil_resmin_ustu_31
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda daşınmaz əmlakların 8-10 %-i sığortalıdır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov ATV-nin "İqtisadi zona" verilişinin efirində bildirib.

Onun sözlərinə görə, görülən tədbirlərə baxmayaraq, sığortalama səviyyəsini kəskin artırmaq hələ ki, mümkün olmayıb.

AMB rəsmisi hesab edir ki, daşınmaz əmlakın sığortasına marağın az olmasında bu sahədə risklərin yüksək olmaması böyük rol oynayır: "Adətən sığorta hadisələrinin, o cümlədən katastrofik hadisələrin baş verdiyi ölkələrdə daşınmaz əmlakın sığortasına maraq yüksəlir, çünki insanların sığortaya ehtiyacı olur".

V.Qurbanov bir daha Azərbaycanda daşınmaz əmlakla bağlı sığorta məbləğlərinin artıralacağını xatırladıb: "Bildiyiniz kimi, hazırda əmlakın yerləşdiyi ərazidən asılı olaraq sığorta məbləğləri müəyyən edilib. Bu, sığortaçının üzərinə götürdüyü maksimum öhdəlikdir. Yəni daşınmaz əmlakın dəyəri 50 min manat olsa belə, Bakıda bu hədd 25 000 manat götürülüb. Yəni ki, 50 000 manatlıq evə zərər dəydiyi halda, sığorta şirkəti həmin ev üçün, mənzil üçün 25 000 manat öhdəlik daşıyır. ​İlk fazada sığorta məbləğlərinin, yəni ki, sığortaçıların öhdəliklərinin daha yüksək həddə qaldırılmasını nəzərdə tutan dəyişiklik etdik. Yaşayış sahələri və yaxud mənzillərin dəyəri onların yerləşdiyi əraziyə görə yox, 1 kvadratmetr qiymət əsasında müəyyən ediləcək. Məqsəd odur ki, əmlakın dəyərinə yaxın hədə sığortalanma olsun. İlk konseptual və strateji dəyişiklik budur".

İş elanları AzVak.az-da

18.05.2026 18:45
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19