Türkiyə Mərkəzi Bankı faizini daha da aşağı saldı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı. TCMB faizini 10,50 faizə endirib. İqtisadçıların proqnozu faiz dərəcəsinin 11 faizə endirilməsi istiqamətində idi. TCMB noyabr ayında da oxşar faiz endiriminin ediləcəyinə və bu faiz endirimi dövrünün tamamlanacağına işarə edib.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, TCMB faizini 150 faiz bəndi də azaldaraq 12%-dən 10,5%-ə endirib.
İqtisadçılar faizin 100 bənd azaldılaraq 12%-dən 11%-ə salınacağı gözləyirdilər.
"Qlobal artımla bağlı qeyri-müəyyənliklərin və geosiyasi risklərin artdığı bir dövrdə sənaye istehsalındakı sürətlənmənin və məşğulluğun artması tendensiyanın davam etdirilməsi baxımından maliyyə şərtlərinin dəstəkləyici olması vacibdir. Bu çərçivədə Komitə faizi150 bənd aşağı salmağa qərar verib",- TCMB-nin press-relizində bildirilir.
Mərkəzi Bankın məlumatında,"Növbəti iclasda oxşar addım atıldıqdan sonra İdarə Heyəti faiz endirimi dövrünün bitməsini gündəmə gətirdi",- deyilir.
Avqust və sentyabr aylarında verdiyi sürpriz qərarlarla TCMB faiz dərəcəsini ümumilikdə 200 faiz bəndi azaltmışdır. TCMB azalma səbəbi kimi "Maliyyə şərtlərinin (faizlərin) iqtisadiyyatı dəstəkləyici olmasının mühüm əhəmiyyəti" göstərilib.
Prezident Ərdoğanın sentyabrın sonunda “Ümid edirəm ki, növbəti iclasda faizləri bir az daha aşağı salaraq ilin sonuna qədər tək rəqəmli səviyyələrə endirməliyik”, - demişdi.
Ərdoğan qarşıdan gələn ümumi seçkilər öncəsi iqtisadiyyatda artıma üstünlük verir. TCMB bu qərarında qlobal iqtisadi artım və geosiyasi risklərə diqqət çəkərək sənaye istehsalında sürətlənmənin davam etməsi lazım olduğunu bildirib.
Faiz dərəcələrinin aşağı salınması dövrü davam edərkən, inflyasiyanın yüksəlməsi davam edir. Sentyabr ayında lirənin yumşaq pul siyasəti nəticəsində ucuzlaşması və Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində enerji və ərzaq qiymətlərinin artması səbəbindən Türkiyədə istehlak qiymətlərində illik artım 83,45 faizə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)







