Vergi Xidməti 13 minə yaxın yazılı müraciəti cavablandırıb
2022-ci ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 337.445 şəxs qəbul edilib, onlara 633.233 xidmət göstərilib.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, bu xidmətlər, əsasən, vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və vergi orqanlarında qeydiyyat, bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, fiziki şəxsin uçota alınması və yenidən uçota alınması, qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi, Asan İmza sertifikatının təqdim edilməsi və digər məsələlərlə bağlı olub.
Bu ilin 9 ayı ərzində vergi ödəyicilərinə xidmət strukturları tərəfindən 3.577 ödəyicinin iştirakı ilə 210 görüş keçirilib, 4.761 ünvanlı xidmət tədbiri təşkil olunub. Vergi ödəyicilərindən daxil olmuş 13 minə yaxın yazılı müraciət cavablandırılıb. Hesabat dövründə vergi ödəyicilərinə 9 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), məlumatlandırma istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə isə onların mobil nömrələrinə 465 mindən çox SMS göndərilib.
2022-ci ilin 9 ayında vergi ödəyicilərinin müraciəti üzrə 30.834 Asan İmza sertifikatı verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 16 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























