“PMD Group” MMC “Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri” ni imzaladı!
(®) “PMD Group” MMC Birləşmiş Millətlər Təşkilatının Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri (WEPs) təşəbbüsünə qoşulub.
BMT-nin Qadın Agentliyi və BMT Qlobal Sazişinin təşəbbüsü ilə irəli sürülən Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri şirkətləri əmək və insan hüquqları standartları haqqında məlumatlandıraraq gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasını təşviq edir.
Yarandığı 2013-cü ildən etibarən PMD və onun idarəetməsi altında olan digər şirkətlər tərəfindən gender bərabərliyi maksimum nəzərə alınır və iş mühitində hər cür ayrı-seçkiliyin qarşısı alınır. WEPs hərəkatına qoşulmaqla PMD cəmiyyətimizdə gender bərabərliyinin qiymətləndirilməsini və boşluqları aradan qaldırmaq üçün fəaliyyət planının hazırlanmasını və həyata keçirilməsini öhdəsinə götürmüşdür.
Hazırda 2000-dən çox biznes lideri WEPs təşəbbüsünü imzalamış və qadınların iş yerlərində və icmalarda tam iştirakı və liderliyi üçün fəaliyyət planlarını həyata keçirməyi öhdəsinə götürmüşdür. Yerli daşınmaz əmlak bazarında aparıcı şirkət kimi PMD WEP-lərin inkişafı istiqamətində fəaliyyət planlarını həyata keçirməklə həmfikir şirkətlərin qlobal şəbəkəsi ilə əməkdaşlıq edərək gender bərabərliyinin vəziyyətinin yaxşılaşdırılması və qadınların səlahiyyətlərinin artırılması istiqamətində işlər görərək Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verməyə dəvam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 17 saat əvvəl
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
19 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
20 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 20 saat əvvəl
-
20 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb


















