Çinin iri şirkəti Azərbaycanda törəmə şirkətini yaradıb
Dövlət Vergi Xidməti (DVX) “Dongfang Electric Az Limited” MMC-ni qeydiyyata alıb.
Bu barədə DVX-dən məlumat verilib.
2022-ci il mayın 18-də qeydiyyata alınmış şirkətin nizamnamə kapitalı 200 min dollardır. Cəmiyyətin qanuni təmsilçisi Hianq Vanqdır (Çin vətəndaşı).
Çinin iri “Dongfang" şirkəti istilik enerjisi aqreqatları, su enerji blokları, nüvə enerji blokları, külək enerjisi blokları, qaz turbin qurğuları, günəş enerjisi blokları, ətraf mühitin mühafizəsi qurğuları və s. istehsal edir.
Bundan başqa, Dövlət Xidməti “East Europe Real Estate” MMC-ni 200 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb. Cəmiyyətin qanuni təmsilçisi Əhməd Ənsari Gül Məhəmməddir (Pakistan vətəndaşı). Şirkət 2022-ci il mayın 19-da qeydiyyata alınıb.
DVX 2022-ci il mayın 27-də “Turkan Holding” MMC-ni 60 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb. Cəmiyyətin qanuni təmsilçisi İrşad Pallikujidir (Hindistan).
Daha bir şirkət – “MK STRATEGİC CONSULTANCY” isə 2022-ci il mayın 26-da qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi Adnan Sadıxovdur.
2022-ci il mayın 26-da nizamnamə kapitalı 60 min dollar olan “Evolog Azеrbaycan” MMC də qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Paşa Paşayevdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























