VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi
VTB (Azərbaycan) fərdi sahibkarlar üçün AniPay vasitəsilə QR‑kodla ödəniş xidmətini istifadəyə verib.
Marja xəbər verir ki, yeni xidmət sahibkarlara smartfon vasitəsilə QR‑kod yaratmaqla nağdşız ödəniş qəbul etməyə imkan verir. Müştəri QR‑kodu skan etdikdən sonra ödənişi təsdiqləyir və vəsait dərhal sahibkarın hesabına köçürülür.
Xidmət VTB (Azərbaycan)-ın rəqəmsal ekosisteminə tam inteqrasiya olunub və məsafədən qoşulur ki, bu da kiçik biznes sahibkarları üçün prosesi maksimum rahat edir. Yeni həll AniPay vasitəsilə QR‑ödənişlərin tətbiq imkanlarını genişləndirir və ticarət və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar üçün hesablaşmaları daha da sadələşdirir.
“Biz sahibkarlar üçün rəqəmsal ekosistemi ardıcıl şəkildə genişləndirir və təkmilləşdiririk, daha rahat, sürətli və əlçatan hesablaşma həlləri təqdim edirik. AniPay ilə inteqrasiya biznesə smartfon vasitəsilə ödənişləri qəbul etmək üçün əlavə imkanlar yaradır və müasir, effektiv xidmət modelini dəstəkləyir”, - deyə VTB (Azərbaycan) bankının idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov bildirib.
AniPay (Ani Ödənişlər Sistemi - AÖS), Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış, fiziki şəxslər, biznes subyektləri və dövlət orqanları arasında 24/7 rejimində real vaxtda və təhlükəsiz pul köçürmələrini təmin edən sistemdir. Bu sistem vasitəsilə telefon nömrəsi, VÖEN, FİN kod və ya e-mail istifadə edərək saniyələr ərzində köçürmələr həyata keçirmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























